Yaponlar buna görə soyuducunun üstünə SİKKƏ QOYURLAR
Yaponiyada inanclara görə, evə uğur və bolluq gətirmək üçün bəzi kiçik əşyaları soyuducunun üstünə qoymaq lazımdır. Bu, həm evin enerjisini artırır, həm də rifah və zənginlik gətirir.
Çox insan sadə bir soyuducunun evin enerjisinə təsir etdiyinin fərqində deyil. Feng Shui qaydalarına əsasən, mətbəx evin enerji axınını tənzimləyən sahə sayılır. Soyuducu isə həm bədəni, həm də ruhu qidalandıran məhsulların saxlandığı enerji mənbəyidir. Ona diqqət və qayğı göstərildikdə, həyatınıza maddi bolluq da cəlb edir.
Milli.Az xəbər verir ki, Feng Shui-yə görə soyuducu metal elementi sayılır. Buna görə onun ətrafının təmiz və səliqəli olması vacibdir. Çünki qarışıqlıq enerjinin balansını pozur və pozitiv axını zəiflədir.
Soyuducunun üstünə bunları qoymayın
Tost maşını, mikrodalğalı soba və ya digər elektrik cihazlarını soyuducunun üstünə yerləşdirmək olmaz. Çünki bu cihazlar "od" və "metal" enerjiləri arasında gərginlik yaradır və həm enerji itkisinə, həm də maddi zərərlərə səbəb ola bilər.
Mətbəxdə gül və taxta bəzəklərdən çəkinin
Taxta bəzəklər və bitkilər mətbəxdə estetik görünsə də, soyuducunun yanında yerləşdirilməməlidir. Çünki taxta elementi metal enerjisi ilə uyğunlaşmır və bolluq enerjisini zəiflədir. Eyni qayda yaşıl tonlu bəzəklər üçün də keçərlidir.
Onların yerinə metal və ya qızılı rəngli aksesuarlar seçmək məsləhətdir. Bu, həm soyuducunun təbii görünüşü ilə uyğunlaşar, həm də pul enerjisini gücləndirər.
Soyuducunun üstünə qəbzlər, alış-veriş siyahıları asmaq olmaz. Feng Shui-yə görə, bu cür xırda əşyaların yığılması maliyyə enerjisinin durğunlaşmasını simvolizə edir. Ən yanlış davranış isə borc kağızlarını və ya ödənilməmiş hesabları soyuducuda saxlamaqdır. Bu, pul itkisinə işarə edir.
Qəbzlər əvəzinə soyuducunun üstünə uğur və pozitivlik gətirən simvollar yerləşdirmək tövsiyə olunur:
Uğurlu sikkə,
Sikkə tutan qızıl qurbağa fiquru,
Meyvə, taxıl və ya pul təsvirləri.
Bu simvollar həm məkana pozitiv enerji bəxş edir, həm də bolluq və firavanlıq axınını gücləndirir.
Bundan əlavə, soyuducunun üstünə ailə fotoları, uşaqların diplomları və ya sizə sevinc və minnətdarlıq hissi verən əşyalar asmaq da evinizin enerjisini yüksəldir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1299 Tarix: 09 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı
Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno
8 sentyabr 2021Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO
Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb
10 sentyabr 2021Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...
Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə
8 sentyabr 2021Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"
10 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1
15 sentyabr 2021