Yuxu keyfiyyətini artırmaq üçün yataq otağında bu rəngdən uzaq durun

Yuxu keyfiyyətini artırmaq üçün yataq otağında bu rəngdən uzaq durunYuxu keyfiyyətini yaxşılaşdırmaq istəyirsinizsə, dəyişiklik etməyə otağınızın tavanından başlaya bilərsiniz. İnteryer dizayn mütəxəssisləri bildirirlər ki, uzun illər yataq otaqlarında standart olaraq seçilən ağ tavan əslində rahat yuxuya mane olur.

Milli.Az xəbər verir ki, Britaniyalı interyer dizayneri Benji Lewis Daily Mail qəzetinə açıqlamasında tavan rənginin otağın ab-havasına ciddi təsir göstərdiyini vurğulayıb və daha yaxşı yuxu üçün ağ rəngdən uzaq durmağı tövsiyə edib.

Lewis-ə görə, ağ rəng işığı çox güclü şəkildə əks etdirir və bu beynin istirahət rejiminə keçməsini çətinləşdirir. Küçə lampalarının və ya telefon ekranının işığı otaqda daha parlaq görünür, nəticədə yuxuya getmək çətinləşir və insan özünü kifayət qədər dincəlmiş hiss etmir.

Bundan başqa, dizayner qeyd edir ki, saf ağ rəng evdə soyuq və "xəstəxana" effekti yarada bilər.

Daily Mail-in məlumatına görə, ağ tavan əvəzinə mavi və yaşılın yumşaq tonları yataq otağında daha sakitləşdirici təsir göstərir.

Açıq mavi təbiət hissi yaratdığı üçün rahatlıq və təhlükəsizlik duyğusu verir. Boz-yaşıl tonlar isə gözləri yormadan sakitlik və tarazlıq hissi yaradır.

Qəhvəyi tonları da sakitləşdirici təsirə malikdir, lakin dizaynerlər bu rəngi tavandan çox divarlarda istifadə etməyi məsləhət görürlər.

Lewis bildirir ki, tam ağ rəngdən imtina etməyənlər daha yumşaq alternativlərdən istifadə edə bilərlər. Məsələn:

• açıq bej-boz tonuna yaxın Drop Cloth
• isti və yumşaq açıq tonlu Slaked Lime

Bu rənglər həm otaqda işıqlığı qoruyur, həm də daha sakit və rahat mühit yaradır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 678   Tarix: 09 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr