Niyə uşağınız ev tapşırığını etmək istəmir? - Səbəblər sizi ŞOKA SALACAQ
Valideynlər çox vaxt uşaqlarını dərs oxumağa oturmaq istəmədiklərinə görə onları tənbəllikdə ittiham edirlər. Lakin psixoloqlar bildirirlər ki, bu inadkarlığın arxasında tənbəllik deyil, narahatlıq hissi gizlənir.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, oxumaq istəməmək cəza və ya tənqid qorxusu ilə bağlıdır.
Uşaq tapşırıqlardan deyil, böyüklərin reaksiyasından qorxur. Əgər valideynlər daim mükəmməl nəticə tələb edirlərsə, uşaq üçün dərs öyrənmək vasitəsi deyil, stress mənbəyinə çevrilir. Bu zaman səhv öyrənməyə aparan addım yox, faciə kimi qəbul olunur.
Qorxu marağı öldürür
Belə bir atmosferdə uşağın təbii marağı və öyrənməyə olan sevgisi tədricən itir. Onların yerini isə mənfi emosiyalardan qaçmaq istəyi tutur.
Araşdırmalar göstərir ki, tez-tez başqaları ilə müqayisə edilən uşaqlar çox tez motivasiyalarını itirirlər. Müqayisə uşaqlarda inkişaf istəyindən çox natamamlıq və özünü dəyərsiz hiss etmə duyğusu yaradır.
Müəllimlər də təsdiqləyirlər: bir çox şagirdlər səhvləri bilmədiklərindən yox, səhv etmək qorxusundan edirlər. Bu qorxu diqqəti iflic edir və cəmlənməyə mane olur.
Valideynlər problemi bilmədən dərinləşdirirlər
"Yenə səhv eləmisən" və ya "digərləri bacarır, sən niyə yox?" kimi ifadələr uşağın dərsə qarşı mənfi münasibətini daha da möhkəmləndirir.
Psixoloqlar məsləhət görürlər ki, diqqət nəticəyə deyil, səylərə yönəldilməlidir. Əgər uşağın zəhməti qiymətləndirilərsə, o, dərsləri imtahan kimi yox, öyrənmə prosesi kimi qəbul edəcək.
Eyni zamanda hər uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq vacibdir. Bəziləri səhər daha yaxşı öyrənir, digərləri isə axşam. Uşaq yorulubsa, ondan dərhal diqqət və cəmlənmə tələb etmək mənasızdır. Daha yaxşısı, fasilə verib sonradan tapşırığa qayıtmaqdır.
Dərs cəza deyil, öyrənmənin davamı olmalıdır
Ev tapşırıqları uşaqlar üçün cəza kimi yox, məlumatı anlamaq və möhkəmləndirmək imkanı kimi qəbul edilməlidir. Bunun üçün böyüklər uşağın öyrəndiyi mövzularda maraq göstərməlidirlər.
Mövzunu birlikdə müzakirə etmək uşağın gərginliyini azaldır, o, dəstək gördüyünü, tənqid edilmədiyini hiss edir.
Ekspertlər vurğulayırlar ki, motivasiya etimaddan yaranır. Uşaq əmin olsa ki, səhv etdiyinə görə onu qınamayacaqlar, o zaman cəhd etməyə və yenidən sınamağa hazır olacaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 833 Tarix: 09 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr