Dahilərdə tez-tez rast gəlinən 11 qəribə vərdiş (SİYAHI)

Dahilərdə tez-tez rast gəlinən 11 qəribə vərdiş (SİYAHI)Psixoloqlar uzun müddətdir müşahidə edirlər ki, ən ağıllı insanlar tez-tez digərlərindən fərqli davranırlar. Onların vərdişləri xaotik, qəribə və ya hətta narahat görünə bilər, amma məhz bunlar genilərə daha geniş, yaradıcı və dərin düşünməyə kömək edir.

Qaynarinfo xəbər verir ki, bunu "Your Tango" yazıb.

Yüksək intellektli insanlara xas ən çox yayılmış 11 vərdiş və tez-tez yanlış anlaşılan davranışlar:

1. Onlar gecə quşlarıdır - Dahi insanlar tez-tez gecə saatlarında ən yaxşı işləyir və düşünürlər. London İmperial Kolleci tərəfindən aparılan araşdırma göstərib ki, axşam tipləri daha yüksək kognitiv test nəticələrinə malik olurlar. Gecənin sakitliyi yaradıcılığı stimullaşdırır və beynin diqqəti yayındırmadan işləməsinə imkan verir.

2. Onların iş yerində qarışıqlıq var - Qarışıqlıq xaos demək deyil. Əksinə, "genial qarışıqlıq" beynin yeni assosiasiyalar axtarmasına kömək edir. Ətrafınız yüngül qarışıqlıqda olduqda, beyin sərhədlərə riayət etməli olduğunu hiss etmir - bu isə orijinal düşüncəni stimullaşdırır.

3. Onlar özləri ilə danışırlar - Öz-özünə danışmaq qəribəlik deyil, intellektual strategiyadır. Daxili dialoq düşüncələri təşkil etməyə, situasiyaları analiz etməyə və daha yaxşı fokuslanmağa kömək edir.

4. Cavab vermədən əvvəl uzun fasilələr edirlər - Sual ilə cavab arasındakı səssizlik çaşqınlıq deyil, güclü analitikadır. Dahilər tez düşünür, amma diqqətlə cavab verir və dəqiq ifadələr seçirlər.

5. Onları səthi söhbətlər maraqlandırmır - Rahat söhbətlər onların sahəsi deyil. Onlar dərin, məzmunlu müzakirələr axtarırlar ki, zehni stimullaşdırıcı olsun. Səthi mövzular onları emosional olaraq yorur.

6. Tez-tez xəyallar aləmində görünürlər - "Buludlarda üzmək" zamanı geninin beyni aktiv olaraq ideyalar yaradır. Belə xəyali anlar reallıqdan qaçış deyil, eyni zamanda bir neçə düşüncə axınını işləmə üsuludur.

7. Hər şeyi şübhə altına alırlar - Dahi insanlar nadir hallarda şeyləri "inandıqları kimi" qəbul edirlər. Onların sonsuz marağı hətta sadə sualları soruşmağa vadar edir ki, dünyanı daha dərindən başa düşsünlər.

8. Onlar unutqan olurlar - Paradoksal olsa da, unutqanlıq intellektin göstəricisi ola bilər. Dahi beyin əhəmiyyətsiz məlumatları filtrdən keçirir və yalnız vacib olanı saxlayır ki, effektiv olsun.

9. Onlar yalnızlığı sevirlər - Tək qalmaq vaxtı onların beyni üçün yanacaqdır. Yalnızlıq sosial qarşılıqlı əlaqədən sonra bərpa olunmağa və düşüncə və ya yaradıcılığa dalmağa imkan verir.

10. Onlar qeyri-adi bacarıqlar öyrənirlər - Yüksək intellektli insanlar öyrənməyə həvəs göstərirlər. Onlar başqalarının qəribə və ya lazımsız hesab etdiyi bacarıqları mənimsəməyə maraqlıdır - buna görə də tez-tez yenilikçi olurlar.

11. Onlar çox düşünürlər - Həddindən artıq analiz etmə meyli həm xeyir, həm də bəladır. Dahilər vəziyyətləri müxtəlif baxış bucaqlarından görür, amma çox düşünmək qərar qəbul etməyə mane ola bilər.

Hər kəsdə bu vərdişlər olmasa da, onlar göstərir ki, qeyri-adi düşüncə qeyri-adi davranışı formalaşdırır. Bəzən məhz qəribəlik geniliyin ən dəqiq göstəricisidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1021   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr