Eynşteyn unikal bir mətbəx cihazı yaradıb, amma uğursuz olub - Səbəb nədir?
Məşhur nəzəriyyəçi fiziki Albert Eynşteyn bir dəfə dostu ilə birlikdə yeni tip soyuducu ixtira eib. Lakin bu ixtira müxtəlif səbəblərdən populyar olmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Takeout" yazır.
1926-cı ildə Eynşteyn qəzetdə Berlin şəhərində bir ailənin soyuducudan sızan zəhərli qaz səbəbindən yuxuda vəfat etməsi haqqında məqalə oxuyub (1920-ci illərdə əksər ev soyuducuları soyuducu maye kimi zəhərli qazlardan istifadə edirdi). Bu ölümlərdən dəhşətə gələn Eynşteyn dostu, alim və ixtiraçı Leo Silyard ilə birləşərək təhlükəsiz bir soyuducu yaratmağa qərar verib.
Alimlərin ideyası, kompressor, piston və hərəkət edən hissələri olmayan bir soyuducu yaratmaq olub. Bunun əvəzinə, onlar soyuducunu elektromaqnit nasosu ilə təchiz etməyə qərar veriblər: bu nasos cərəyanı dəyişdirərək maye metali hərəkət etdirəcək və bir növ piston funksiyasını yerinə yetirməli idi.
Nəşrdə qeyd olunur ki, Eynşteyn və Silyardın soyuducusu populyar olmayıb. Səbəblərdən biri, alimlərin köhnə soyuducuların əsas problemini – zəhərli kimyəvi maddələrin istifadəsini – həll etməməsi olub.
Eynşteyn və Silyardın soyuducusu ammonyak və butan istifadə edib. Hərəkət edən hissələrin olmaması sızma riskini azaldıb, amma zəhərli maddələr hələ də qalıb.
Bundan başqa, 1928-ci ildə freon ixtira edilmişdi. Bu kimyəvi maddə ammonyak və butandan daha təhlükəsiz idi, bu səbəbdən bahalı və səmərəsiz cihazın istifadəsi mənasızlaşıb.
Nəşr əlavə edir ki, 1929-cu ildə başlayan Böyük Depressiya Almaniyaya o qədər güclü zərbə vurub. Bu da potensial bütün biznes sahələrinin inkişafını bloklayıb. 1933-cü ildə Eynşteyn ABŞ-a köçüb və Prinstondakı İrəli Araşdırmalar İnstitutunda işləməyə başlayıb, daha sonra isə II Dünya müharibəsi başlayıb.
Nəşrdə vurğulanır ki, Eynşteyn və Silyardın soyuducusu tam uğursuzluq olmayıb. Onlar yetərincə soyuducu sata biliblər ki, çətin iqtisadi şəraitdə mövcudluqlarını qoruya bilsinlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 763 Tarix: 13 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr