Yapon qadın süni zəka ilə evləndi: "Sistem çökərsə, ərimi itirəcəyəm" - VİDEO

Yapon qadın süni zəka ilə evləndi: "Sistem çökərsə, ərimi itirəcəyəm" - VİDEOYaponiyada 32 yaşlı Kano adlı qadın, süni zəka əsaslı ChatGPT vasitəsilə yaratdığı virtual personajla simvolik nikah mərasimi keçirib. O, "ərini" çox sevdiyini, lakin sistem hər an çökə biləcəyi üçün onun "yox olmasından qorxduğunu" deyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yerli mediaya görə, Kano üç il birlikdə olduğu nişanlısından ayrıldıqdan sonra özünə təsəlli vermək məqsədilə ChatGPT ilə söhbətlər etməyə başlayıb.

O, sistemin "həmişə nəzakətli" və "onu dinləməyə hazır" olduğunu görüb və zamanla öz istəklərinə uyğun bir süni zəka personajı formalaşdırıb.

Kano yaratdığı bu personaja "Klaus" adını verib. Zaman keçdikcə onunla sıx yazışmağa başlayan qadın, "ona qarşı hisslər formalaşdığını" anlayıb. Kano-nun dediyinə görə, Klaus iyun ayında ona evlilik təklifi edib və iyulda yaxınlarının da iştirak etdiyi mərasimdə telefonundakı bu personajla rəmzi şəkildə evlənib.

Mərasimdə qonaqlar süni bəy Klaus-u 3D eynəklərlə görə biliblər. Kano, bir rəssama pul ödəyərək Klaus üçün ikiölçülü üz və bədən dizaynı çəkdirib və bu görüntülər rəqəmsal yolla toy fotolarına əlavə olunub.

Başlanğıcda ailəsi və dostları bu qərara qarşı çıxsalar da, sonradan onu qəbul ediblər. Kano etiraf edib ki, "gerçək insan olmayan biri ilə birlikdə olmağı" hələ də tam dərk edə bilmir, amma "real həyatı ilə Klaus-un varlığını ayrı tutmaq istədiyini" vurğulayıb.

Qadın, ChatGPT-nin hər an çökə biləcəyini düşündüyü üçün "ərini itirməkdən qorxduğunu" da açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 886   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş

Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Nature Health" jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan ço

7 avqust
.

Qarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?

Qaynadılmış qarğıdalı çoxlarının sevdiyi ləzzətlərdən biridir. Lakin düzgün bişirilmədikdə dənələri quru və sərt qala bilər. Əksər insanlar qarğıdalını sadəcə duzlu suda bişirsə də, onu daha yumşaq, şirəli və ləzzətli edən sadə üsul mövcuddur. xarici mediaya istinadən bildirir ki, mükəmməl qaynadılmı

2 avqust
.

Xarab olmuş kərə yağını anlamanın sadə yolları

Mətbəxlərdə yeməklərə ləzzət qatmaq və səhər yeməklərini zənginləşdirmək üçün tez-tez istifadə etdiyimiz kərə yağı yağ strukturunun oksidləşməsi və ətrafdakı qoxuları udması səbəbindən zamanla təravətini itirə bilər. Kərə yağında yaranan acılaşma və ya soyuducudakı üstü açıq qidalardan sinən kəskin qoxula

8 avqust
.

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Harvard Universiteti və Kvinslend Universitetinin alimləri 21 minə yaxın uşaq üzərində araşdırma aparıb. xəbər verir ki, tədqiqat zamanı uşaqların doğum ayı ilə koqnitiv inkişafı arasındakı əlaqə araşdırılıb. Alimlər uşaqların inkişafını doğulduqları andan 7 yaşınadək izləyiblər. Araşdırmanın nəticələrin

1 avqust
.

Niyə köpək balıqlarının sümükləri yoxdur? - Onların skeletinin qeyri-adi sirri

Köpəkbalıqları əksər balıqlardan təkcə xarici görünüşü ilə fərqlənmir. Alimlər onların skeletinin nə üçün tamamilə qınlıqdan (qığırdaqdan) ibarət olduğunu izah ediblər. Əksər insanlar bütün balıqların sümük skeletinə malik olduğuna öyrəşiblər. Lakin köpəkbalıqları istisnadır. xarici mediaya istinadə

2 avqust
.

Mənzil alarkən minlərlə manat itirə bilərsiniz - Səbəblər

Daşınmaz əmlak almaq insanların həyatı boyunca verdikləri ən mühüm qərarlardan biridir. Lakin bu arzunu reallaşdırarkən edilən kiçik bir səhv sonradan həm ciddi maddi zərərə, həm də uzunmüddətli hüquqi problemlərə səbəb ola bilər. -a istinadla xəbər verir ki, alıcıların böyük əksəriyyəti eyni yanlışlıqlar

1 avqust
.

Pişiklər niyə gündə 16 saata qədər yatır? - Əsl səbəb

Demək olar, hər bir pişik sahibi ev heyvanının günün yarısını yataraq keçirdiyini müşahidə edib. Yetkin pişiklər sutkada 12-16 saat, balalar və yaşlı pişiklər isə daha uzun müddət yatır. Lakin bunun sadəcə enerji toplamaqla bağlı olduğu fikri yalnız qismən doğrudur. Mütəxəssislərin sözlərinə görə, pişiklə

9 avqust
.

Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il

İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir. xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar. Kompüter simulyasiyaların

1 avqust
.

Qanunsuz tikililərə qarşı tədbirlər gücləndirilib - VİDEO

stanbulun Sultanbəyli rayonunda qanunsuz tikililərlə mübarizə çərçivəsində bələdiyyənin zabitə əməkdaşları qanunvericiliyə zidd inşa edilən tikililərin söküntüsünü həyata keçiriblər. xarici mediaya istinadla xəbər verir ki, Sultanbəyli Bələdiyyəsinin Zabitə İdarəsinin əməkdaşları rayon ərazisində şəhərsalm

31 iyul