"Azərbaycan artıq Mərkəzi Asiya ilə vahid siyasi, iqtisadi və mədəni məkanın əsas oyunçusuna çevrilib" - AÇIQLAMA

"Azərbaycan artıq Mərkəzi Asiya ilə vahid siyasi, iqtisadi və mədəni məkanın əsas oyunçusuna çevrilib" - AÇIQLAMA"Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər misli görünməmiş sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə bu əlaqələrin dərin mahiyyəti və gələcək istiqamətləri aydın şəkildə təsvir olunur. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşan şəxsi dostluq ölkələr arasında müttəfiqlik xarakterli tərəfdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilib. İki ölkə arasında imzalanmış Müttəfiqlik haqqında Müqavilə, Strateji Tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı Bəyannamə və 2025–2029-cu illər üçün Yol Xəritəsi münasibətlərin hüquqi bazasını daha da gücləndirir. Qarabağda Özbəkistan tərəfindən inşa edilən Uluqbəy məktəbi isə bu qardaşlığın ən emosional və rəmzi nümunələrindəndir.İqtisadi əlaqələr də dinamik şəkildə inkişaf edir: 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 252 milyon dollara çatmış, 2025-ci ilin ilk doqquz ayında isə bu göstərici 87,5 faiz artmışdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Xankəndidə Azərbaycan–Özbəkistan birgə sənaye müəssisəsinin açılması əməkdaşlığın Qarabağın bərpasına praktiki töhfəsini göstərir:

"Nəqliyyat sahəsində Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Azərbaycan yerləşdiyi coğrafi mövqedən strateji şəkildə istifadə edərək Mərkəzi Asiyadan Avropaya uzanan əsas tranzit marşrutlarının formalaşmasında aparıcı rol oynayır. Ələt limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, genişləndirilən hava limanı şəbəkəsi və Zəngəzur dəhlizinin perspektivləri regionun nəqliyyat xəritəsini yenidən şəkilləndirir.
Enerji əməkdaşlığı da strateji tərəfdaşlığın vacib istiqamətlərindəndir. Neft-qaz sahəsində əməkdaşlıqla yanaşı, bərpaolunan enerji və enerji sistemlərinin inteqrasiyası üzrə imzalanan yeni sənədlər yaşıl transformasiya prosesində də güclü birgəlik nümayiş etdirir.
Mədəni-humanitar sahədə əlaqələr xüsusi istiliklə seçilir. Şəhərlərin qardaşlaşması, mədəniyyət günləri, qarşılıqlı park və meydan layihələri xalqlar arasında yaxınlığı daha da gücləndirir. Gənclər və idman sahəsində birgə təşəbbüslər, xüsusən 2027 U-20 Dünya Çempionatının iki ölkənin birgə təşkil edəcəyi faktı əməkdaşlığı yeni müstəviyə daşıyır.
Prezidentin müsahibəsindən görünür ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri yalnız siyasi tərəfdaş deyil, həm də ortaq tarixi köklərə, mədəni dəyərlərə və strateji maraqlara əsaslanan geniş bir əməkdaşlıq məkanının üzvləridir.
Bütün bu proseslər təsdiq edir ki, Azərbaycan artıq Mərkəzi Asiya ilə vahid siyasi, iqtisadi və mədəni məkanın əsas oyunçusuna çevrilib. Yeni regional reallıq Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında həm təhlükəsizlik, həm iqtisadi inkişaf, həm də humanitar sahədə davamlı tərəfdaşlığın bünövrəsini formalaşdırır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 748   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:. - Sosial və iqtisadi sahələrd

20 noyabr
.

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:. "Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həla

21 noyabr
.

Prezidentin Vyetnam səfərindən - Görüntülər

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

21 noyabr
.

Kəlbəcər rayonunun işğaldan azad olunması

2020-ci il noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyuldu. Kəlbəcər Azərbaycanın gözəl məkanlarından biridir. Kəlbəcər toponiminin özü də elə onun türklərə məxsusluğunun sübutudur. Heç bir işğal bu həqiqəti dəyişdirə bilməz. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur və 1930-cu il 8 avqustd

23 noyabr
.

Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:

20 noyabr
.

Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışından paylaşım edib. Görüntüləri buradan izləyə bilərsiniz

22 noyabr
.

To Lam: "Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"

"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi nahard

21 noyabr
.

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısının rəsmi qarşılanma mərasimi üçün hazırlıqlar görülüb. Həmin anın görüntülərini təqdim edirik:

21 noyabr
.

İlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"

"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca

21 noyabr