Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibAzərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

*

Görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man deyib:

- Sosial və iqtisadi sahələrdə qazandığınız mühüm nailiyyətlər Azərbaycanın regionda və dünyada nüfuzunun artmasına kömək etmişdir. Biz hər zaman Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm veririk. Məmnunluq hissi ilə qeyd edirəm ki, münasibətlərimiz bütün sahələrdə çox yaxşı irəliləyir. Bütün səviyyələrdə nümayəndə heyətləri arasında mübadilələr aparılıb və beynəlxalq arenada səmərəli əlaqələndirmə həyata keçirilib, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və ticarət, energetika, neft və qaz sahələrində əməkdaşlığımız inkişaf edib, xalqlarımız arasında təmaslar fəallaşıb.

Parlamentlərimiz arasında əməkdaşlıq da mühüm rol oynayır. Vyetnamın Milli Assambleyası və Azərbaycanın Milli Məclisi birlikdə sıx çalışıblar və beynəlxalq forumlarda bir-birinə dəstək göstəriblər. Ötən il İsveçrədə parlament sədrlərinin toplantısında mən Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirdim. Arzu edirəm ki, strateji tərəfdaşlığımıza daha çox töhfə vermək üçün iki ölkənin parlamentləri əməkdaşlığını davam etdirsin. Baş nazirimizlə keçirdiyiniz çox məhsuldar görüş münasibətilə Sizi təbrik edirəm. Bildiyimə görə, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın sabah Sizinlə rəsmi görüşü olacaq.

Buyurun, söz Sizindir.

*

Sonra çıxış edən Prezident İlham Əliyev deyib:

- Təşəkkür edirəm, cənab Milli Assambleyanın sədri. Əziz dostlar, qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Sizin gözəl ölkənizi ziyarət etməyə çox şadam. Sizin də qeyd etdiyiniz kimi, Vyetnam və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu, hökumətlərarası münasibətlərin çox yüksək səviyyəsini nümayiş etdirir.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Prezidentinin ötən il Azərbaycana dövlət səfəri ilə bağlı mənim xoş xatirələrim var. O, məni ölkənizə dəvət etdi və mən yenidən buraya səfər etməyimə şadam. Mən on ildən artıq müddət əvvəl Vyetnamı ziyarət etmişdim və bir çox dəyişiklikləri görürəm. Ölkənizin inkişafında bütün nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm.

Bəli, düz buyurursunuz, mənim cənab Baş nazirlə çox məhsuldar görüşüm oldu. Biz əsasən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdik. Dünyada hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, qeyd etdiyiniz sahələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ixrac etdiyi enerji resurslarının tədarük zənciri olduqca etibarlıdır. Azərbaycan müxtəlif qitələrdə yerləşən bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hesab edirəm ki, ikitərəfli münasibətlərimizin önəmli nailiyyətlərindən biri də bizim enerji sahəsində əməkdaşlığın davam etdirilməsi üzrə aydın baxışa və çərçivəyə malik olmağımızdır. Həmişə qeyd etdiyimiz kimi, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir.

*

Dövlət başçısı özünün 2014-cü ildə Vyetnama səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə çox müsbət və nəticəyönümlü olduğunu vurğulayaraq, Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd edib.

Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlət başçısı bu xüsusda iki ölkənin parlament strukturları arasında əməkdaşlığı vurğulayıb.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib.

Azərbaycanın Orta Dəhlizin həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalarda mühüm tranzit marşrutu olduğunu deyən dövlət başçısı bunun Vyetnam şirkətlərinə də daşımalar üçün əlverişli imkanlar yaratdığını bildirib.

Çan Tan Man ötən il Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın önəminə toxunub.

Milli Assambleyanın sədri ölkələrimizin çoxtərəfli platformalarda yaxından əməkdaşlıq etdiyini deyərək, Vyetnamın Azərbaycanla ASEAN arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğunu deyib.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təsisatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdikləri vurğulanıb.

Görüşdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin müntəzəm səfərlərinin təşkili, iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, insanlararası təmaslar, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - YenilənibƏliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar - Yenilənib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 381   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub

20 noyabr
.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:. - Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezident

20 noyabr
.

Rusiya-Ukrayna müharibəsində yeni gərginlik - Avropa Putinə qarşı hərəkətə keçir

Ukraynanın Krım körpüsünə endirdiyi zərbə Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatlarla yanaşı, diplomatik mübarizənin də yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə hücumun ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin görüşü ərəfəsində həyata keçirilməs

18 noyabr
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

16 noyabr
.

Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

70 illik tarixi olan Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycandan min kilometrlərlə uzaqda olan Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnamla Azərbaycan arasında indiyədək 30-dan çox sənəd imzalanıb. Bu müqavilələr nergetika, nəqliyyat və investisiyalarda

20 noyabr
.

Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlıq genişlənir

"Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, qlobal təhlükəsizlik çağırışlarının artması, iqtisadi əlaqələrin yeni məzmun qazanması dövlətlər arasında etibarlı və uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın müxtəli

17 noyabr
.

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Si

19 noyabr
.

Mehriban Əliyevadan Milli Dirçəliş Günü paylaşımı - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

17 noyabr
.

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

19 noyabr