Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlıq genişlənir
"Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, qlobal təhlükəsizlik çağırışlarının artması, iqtisadi əlaqələrin yeni məzmun qazanması dövlətlər arasında etibarlı və uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın müxtəlif coğrafi və siyasi məkanları birləşdirən strateji mövqeyi, müstəqil xarici siyasət kursu, enerji təhlükəsizliyinə verdiyi töhfə və beynəlxalq nüfuzu ölkəmizi aparıcı dövlətlər üçün mühüm tərəfdaşa çevirir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi də məhz bu reallıqların məntiqi nəticəsidir".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev bildirib.
"Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan-Böyük Britaniya əlaqələrinin mövcud potensialını daha geniş müstəvidə reallaşdırmaqla yanaşı, əməkdaşlığın yeni sahələr üzrə şaxələndirilməsinə, qarşılıqlı maraqların uzlaşdırılmasına və uzunmüddətli strateji hədəflərin müəyyənləşdirilməsinə xidmət edir.
Tərəflər arasında imzalanmış Birgə Bəyannamə uzun illər ərzində formalaşmış qarşılıqlı münasibətlərin, etimadın və əməkdaşlıq ənənələrinin davamıdır. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarını formalaşdırmışdır. Yeni sənəd isə həmin təməlləri müasir beynəlxalq reallıqlara uyğun şəkildə zənginləşdirərək münasibətləri daha yüksək keyfiyyət mərhələsinə daşıyır. Birgə Bəyannamənin əsas siyasi məzmununu beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət təşkil edir. Bu müddəalar Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri ilə tam uzlaşır. Ölkəmiz hər zaman beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin, dövlətlərin ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qorunmasını müdafiə edib.
Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların və sülh gündəliyinin əhəmiyyətinin vurğulanması xüsusi diqqət çəkir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması, Böyük Britaniyanın davamlı sülhə dəstəyini təsdiqləməsi Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbul edildiyinin göstəricisidir. Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasəti yalnız milli maraqların qorunması ilə məhdudlaşmır. Bu siyasət, eyni zamanda, geniş iqtisadi əməkdaşlıq imkanlarının açılmasına, nəqliyyat-kommunikasiya xətlərinin inkişafına, regional bağlantıların gücləndirilməsinə və qarşılıqlı faydalı münasibətlərin qurulmasına xidmət edir. Davamlı sülhün təmin olunması Cənubi Qafqazın beynəlxalq iqtisadi sistemə daha sıx inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.
Bəyannamədə müdafiə və təhlükəsizlik məsələlərinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi iki ölkə arasında münasibətlərin strateji xarakterini nümayiş etdirir. Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi müdafiə ilə məhdudlaşmır. Kibertəhlükəsizlik, sərhədlərin mühafizəsi, transmilli təhdidlərə qarşı mübarizə, hüquq-mühafizə sahəsində əməkdaşlıq və institusional dayanıqlılıq da bu anlayışın ayrılmaz komponentlərinə çevrilib. Bu baxımdan tərəflərin müdafiə sahəsində təlimlərin, potensialın artırılmasının, qarşılıqlı fəaliyyətin və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinə dair razılığı mühüm perspektivlər yaradır. Birgə Bəyannamənin mühüm istiqamətlərindən biri iqtisadiyyat, ticarət və investisiya əlaqələrinin genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında iqtisadi münasibətlərin yeni mərhələyə yüksəldilməsi üçün mövcud potensial kifayət qədər genişdir. Xüsusilə enerji, infrastruktur, nəqliyyat, logistika, xidmətlər və maliyyə sektorları qarşılıqlı faydalı əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edir.
Böyük Britaniyanın beynəlxalq iqtisadi və maliyyə sistemində mövqeyi, investisiya imkanları və qabaqcıl texnologiyaları Azərbaycan üçün yeni tərəfdaşlıq perspektivləri yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin iqtisadi resursları, inkişaf edən infrastrukturu və regional bağlantılarda rolu isə Britaniya şirkətləri üçün mühüm imkanlar təqdim edir. Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmizin çoxşaxəli xarici siyasət kursunun mühüm nəticələrindən biridir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan münasibətlər qurmaqla beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu siyasət ölkəmizin müstəqil qərarvermə imkanlarını qorumaqla yanaşı, qlobal proseslərdə fəal iştirakını da təmin edir. Nəticə etibarilə, Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı dəyişən dünya nizamında qarşılıqlı maraqların, siyasi etimadın və uzunmüddətli əməkdaşlıq niyyətinin ifadəsidir. Bu tərəfdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu təsdiqləməklə yanaşı, milli maraqlara əsaslanan praqmatik diplomatiyanın yeni uğurlu nümunəsi kimi də diqqət çəkir.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Güclü küləklə bağlı xəbərdarlıq
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Prezidentin 1 həftəsi... - Video
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Tramp, Putin və Si Cinpin nüvə silahlarının azaldılmasını müzakirə edə bilər - BMT-dən açıqlama