Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin ümumi daxili məhsulu üstələməsi ölkənin maliyyə imkanlarını və iqtisadi dayanıqlılığını bir daha gündəmə gətirib. Maliyyə naziri Sahil Babayevin açıqlamasına görə, 2026-cı il oktyabrın 1-nə ölkənin məcmu valyuta ehtiyatları 89,4 milyard ABŞ dollarına çatıb. Bu məbləğ proqnozlaşdırılan illik ÜDM-in 110 faizinə bərabərdir və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Mərkəzi Bankın sədri Taleh Kazımov da ölkənin strateji ehtiyatlarının 41 aylıq idxalı təmin etdiyini bildirib. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə isə Dövlət Neft Fondunun likvid aktivləri və Mərkəzi Bankın ehtiyatları ölkənin xarici iqtisadi dayanıqlılığını gücləndirir. Lakin böyük valyuta ehtiyatlarının mövcudluğu özlüyündə uzunmüddətli iqtisadi təhlükəsizliyə zəmanət vermir.
Neft və qaz gəlirlərindən asılılıq, dünya bazarında enerji qiymətlərinin dəyişməsi, qeyri-neft sektorunun inkişafı və ehtiyatların iqtisadiyyatın real sektoruna yönəldilməsi bu maliyyə üstünlüyünün gələcək taleyini müəyyən edən əsas amillərdəndir. Bəs Azərbaycanın hazırkı maliyyə üstünlüyü nə qədər davamlıdır? Mövcud ehtiyatlar ölkənin gələcək iqtisadi risklərdən qorunması üçün kifayət edirmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının ÜDM-i üstələməsi ölkənin maliyyə dayanıqlılığı baxımından mühüm üstünlükdür. Bu, dövlətin xarici borclarını ödəmək, mümkün iqtisadi böhranlara qarşı tədbirlər görmək və milli valyutanın sabitliyini qorumaq üçün kifayət qədər maliyyə imkanlarına malik olduğunu göstərir. Belə ehtiyatlar xüsusilə neft qiymətlərinin kəskin aşağı düşdüyü və ya qlobal iqtisadi risklərin artdığı dövrlərdə ölkə üçün təhlükəsizlik yastığı rolunu oynayır. Ancaq bu üstünlüyün nə qədər davamlı olması birbaşa neft və qaz gəlirlərindən asılılığın azaldılmasından asılıdır. Çünki valyuta ehtiyatlarının formalaşmasında enerji sektorunun gəlirləri mühüm rol oynayır. Dünya bazarında neftin qiyməti uzun müddət aşağı səviyyədə qalarsa, dövlət büdcəsinin gəlirləri və valyuta daxilolmaları azala bilər. Bu isə ehtiyatların artım tempinə təsir göstərər.
Digər tərəfdən, ehtiyatların böyük olması özlüyündə iqtisadiyyatın güclü və rəqabətqabiliyyətli olması demək deyil. Əsas məsələ həmin maliyyə imkanlarından qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi, sənayenin və kənd təsərrüfatının gücləndirilməsi üçün səmərəli istifadə etməkdir. Mən hesab edirəm ki, Azərbaycanın əsas hədəfi sadəcə böyük valyuta ehtiyatlarına malik olmaq deyil, bu ehtiyatları gələcəkdə də qoruyub saxlaya biləcək dayanıqlı iqtisadi model qurmaq olmalıdır. Əgər qeyri-neft sektorunun gəlirləri və ixrac potensialı artarsa, bugünkü maliyyə üstünlüyü uzunmüddətli iqtisadi təhlükəsizliyin təminatına çevrilə bilər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Məleykə Abbaszadə BDU-nun rektoru oldu
Elçin Babayev vəzifəsindən azad olundu
Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: ölənlər və yaralananlar var
Sələmli borc götürmək ilə sələmçilikdən qazanc əldə etmək eyni deyil - İLAHİYYATÇI
BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir