Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
2027-ci ildən bank əmanətlərinin faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti uzadılmasa, aylıq 200 manatdan artıq faiz gəlirlərinin 10 faiz vergiyə cəlb edilməsi nəzərdə tutulan qaydada yenidən gündəmə gələ bilər. Bu dəyişiklik əmanətçilərin əldə etdiyi xalis gəlirə təsir etməklə yanaşı, bank sektorunda depozitlərə maraq və kredit siyasəti ilə bağlı suallar yaradır.
Bəs, vergi güzəştinin ləğvi vətəndaşların banklarda əmanət yerləşdirmək marağına və bankların depozit siyasətinə necə təsir göstərə bilər? Bu, əmanətlərin banklardan çıxarılmasına və gələcəkdə kredit faizlərinin dəyişməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, əmanətlər sığortalandığı üçün hazırda pulun qorunması və müəyyən investisiya məqsədləri baxımından ən əlverişli maliyyə alətlərindən biri hesab olunur. İnsan banka depozit yerləşdirməklə bir il, 18 ay və ya iki il sonra vəsaitini inflyasiyanın təsirindən müəyyən qədər qoruya, başqa sözlə, pulunun dəyərini saxlaya bilər.
"Lakin vergi öhdəlikləri və vergi yükü depozit yerləşdirərkən müəyyən suallar yarada bilər. İnsanlar daha sərfəli variantlara üstünlük vermək üçün əldə edəcəkləri gəlirdən ödəniləcək vergini də nəzərə alaraq hansı bankda depozit yerləşdirəcəklərinə qərar verə bilərlər. Bu baxımdan banklar arasında rəqabətin olması mühüm rol oynayır. Depozitlərə marağın azalacağını görən banklar müştəriləri cəlb etmək üçün müxtəlif güzəşt və satış siyasətlərindən istifadə edə bilərlər. Məsələn, verginin müştəri əvəzinə bank tərəfindən ödənilməsi və ya müəyyən hissəsinin kompensasiya olunması kimi mexanizmlər tətbiq edilə bilər. Beləliklə, müştəri vergi yükünü birbaşa hiss etməz.
Kredit faizlərinə gəldikdə isə nəzərə almaq lazımdır ki, kreditlərin verilməsi üçün istifadə olunan vəsaitlərin formalaşma mənbələrindən biri də depozitlərdir. Banklar əhalidən, fiziki və hüquqi şəxslərdən, həmçinin publik hüquqi şəxslərdən depozit cəlb edirlər. Əgər depozitlərin dəyəri artarsa, bu, bankların vəsait cəlbetmə xərclərinin yüksəlməsinə və nəticədə kredit faizlərinin də müəyyən dərəcədə artmasına səbəb ola bilər.
Bununla belə, banklar həm kredit portfelini, həm də depozit cəlbini qorumaq, müştəri məmnuniyyətini təmin etmək üçün müxtəlif yumşaldıcı mexanizmlərdən istifadə edə bilərlər. Məsələn, verginin müştəri tərəfindən deyil, bank tərəfindən ödənilməsini təklif edə, yaxud müştərinin maraqlarına uyğun depozit məhsulları hazırlaya bilərlər. Verginin bir hissəsinin müştəri, digər hissəsinin isə bank tərəfindən ödənilməsi və ya bütün vergi yükünün bankın üzərinə götürülməsi mümkündür. Bir neçə il əvvəl bankların depozit cəlbi zamanı belə təkliflərindən istifadə olunurdu. Müştəri depozit yerləşdirir, müddətin sonunda faiz gəlirindən tutulmalı olan vergini isə bank ödəyirdi. Düşünürəm ki, banklar bu mexanizmin daha təkmil formalarından istifadə etməklə depozit cəlbini stimullaşdıra, ən azı hazırkı marağı qoruyub saxlaya və bununla da kreditlərin bahalaşmasının qarşısını almağa çalışa bilərlər.
Depozitdən əldə edilən gəlirə təsir məsələsinə gəldikdə isə, qeyd etdiyimiz güzəşt mexanizmləri tətbiq olunmasa, vergi yükü əmanətçilərin qazancına təsir göstərəcək və depozitlərə marağı müəyyən qədər azalda bilər. Belə olan halda insanlar sərbəst vəsaitlərini depozitə yerləşdirmək əvəzinə daşınar və daşınmaz əmlak, qızıl və qeyri-yaşayış sahələrinin alınmasına yönəldə bilərlər.
Ancaq depozit daha rahat və əlçatan investisiya alətidir. İnsan banka yaxınlaşaraq və ya mobil tətbiq vasitəsilə depozit yerləşdirə bilər və həmin vaxtdan etibarən vəsaitinə faiz hesablanır. Eyni zamanda, əmanətlər müəyyən şərtlər daxilində dövlət tərəfindən sığortalanır və bu da vəsaitin qorunmasına əlavə təminat yaradır. Depozitin digər üstünlüyü onun nisbətən rahat şəkildə nağdlaşdırılması imkanının olmasıdır. Bu səbəbdən depozitlər daha əlçatan və rahat maliyyə aləti kimi daim maraq doğurur.
Düşünürəm ki, banklar, xüsusilə verginin ödənilməsi ilə bağlı müəyyən güzəştlər tətbiq etsələr, depozitlərə marağı əvvəlki səviyyədə qoruyub saxlamaq mümkün olacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Məleykə Abbaszadə BDU-nun rektoru oldu
Elçin Babayev vəzifəsindən azad olundu
Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: ölənlər və yaralananlar var
Sələmli borc götürmək ilə sələmçilikdən qazanc əldə etmək eyni deyil - İLAHİYYATÇI
BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir