BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir
Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunub.
"Qafqazinfo" xəbər verir ki, bununla Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor olub.
BDU-nun rektorları siyahısına nəzər saldıqda, Məleykə Abbaszadə universitetin sayca 27-ci rektorudur.
BDU-nun ilk rektoru Vasili Razumovski olub. Cəmi bir il universitetə rektorluq edən V.Razumovski tarixə həm də Azərbaycanın ilk rektoru kimi düşüb.
Daha sonra Sergey Nikolayeviç Davidenkov (1920-23), Aleksandr Dmitriyeviç Qulyayev (1923-1926), Tağı Şahbazi Simurğ (1926-1929), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərli (1934-1935), Bala bəy Həsənbəyov (1935-1937), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937-1941), akademik Şamil Əliyev (1941-1944), Abdulla Qarayev (1944-1950), Cəfər Hacıyev (1950-1954), Yusif Məmmədəliyev (1954-1958), Şəfaət Mehdiyev (1958-1965), Mehdi Əliyev (1965-1970), əməkdar elm xadimi Faiq Bağırzadə (1970-1987), Yəhya Məmmədov (1987-1989), akademik Cəmil Quliyev isə 1989-1990-cı illərdə universitetin rektoru olub.
Azərbaycan müstəqillik qazandıqdan sonra isə BDU-nun ilk rektoru Mirabbas Qasımov (1990-92) olub. Onun ardınca Firudin Səməndərov 1992-1993-cü illərdə, Murtuz Ələsgərov 1993-1996-cı illərdə, keçmiş təhsil naziri Misir Mərdanov isə 1996-1998-ci illərə qədər universiteti idarə ediblər.
1999-2018-ci illərdə isə BDU-ya Abel Məhərrəmov rəhbərlik edib. O, 19 il bu vəzifəni icra edərək universitetin ən uzunmüddətli rektoru olub.
Daha sonra 2018-2019-cu illərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov rektor vəzifəsini müvəqqəti icra edib.
2019-cu ildən bu günə qədər isə BDU-nun rektoru Elçin Babayev olub
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 244 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlim Qasımov və qızının ifası məşhur "GTA 6" oyununda
Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib. Axşam.az xəbər verir ki, oyundakı "Kaleidoscope FM" radiosunda onların ifası "Say It Right" ad
19 noyabrMuxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18 noyabrHacıqabulda zəlzələ oldu
Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:09-da baş verən zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanın ocağı 45 km dərinlikdə yerləşib. Qeyd olunu
19 noyabrBakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
18 noyabrBDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir
Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor olub. BDU-nun rektorları siyahısına nəzər saldıqda, Məleyk
19 noyabr"Xəzərin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var"
"Xəzər dənizinin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var. Bununla bağlı təxminən 60 km ərazidə monitorinq keçirilib". "Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələlər
19 noyabr