Kiberdələduzluqda bir başqa yol...
İş axtaran vətəndaşlar üçün saxta vakansiyalar yeni dələduzluq üsullarından birinə çevrilib. Daha yaxşı iş tapmaq və gəlir əldə etmək istəyən şəxslərin ümidlərindən istifadə edən kiberdələduzlar müxtəlif platformalarda saxta iş elanları yerləşdirərək insanları aldadırlar. İşə qəbulun rəsmiləşdirilməsi, sənədlərin hazırlanması və ya ilkin qeydiyyat bəhanəsi ilə pul tələb edən şəxslər bəzən iş axtaranlardan bank kartı məlumatlarını və digər şəxsi informasiyaları da əldə edirlər.
Nəticədə vətəndaşlar həm maddi zərərə uğrayır, həm də şəxsi məlumatlarının ələ keçirilməsi təhlükəsi ilə üzləşirlər. Bu cür halların qarşısını almaq üçün iş elanlarının etibarlılığının yoxlanılması və işə qəbul prosesində diqqətli davranılması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, son dövrlərdə saxta iş elanları vasitəsilə həyata keçirilən kiberdələduzluq halları iş axtaran vətəndaşların daha diqqətli və ehtiyatlı olmasını zəruri edir. Xüsusilə işə düzəlmək istəyən şəxslərin maddi və psixoloji həssaslığından sui-istifadə edən dələduzlar müxtəlif vədlərlə onların etibarını qazanmağa çalışırlar. Bu cür hallardan qorunmaq üçün vətəndaşlar ilk növbədə iş elanı yerləşdirən şirkətin etibarlılığını araşdırmalı, onun rəsmi internet səhifəsini, əlaqə vasitələrini və fəaliyyətinə dair məlumatları yoxlamalıdırlar. Bazar şərtləri ilə müqayisədə həddindən artıq yüksək əməkhaqqı vəd edən, heç bir təcrübə və ixtisas tələb etməyən, eləcə də qısa müddətdə işə qəbul zəmanəti verən elanlara xüsusi ehtiyatla yanaşılmalıdır.
Ən mühüm məqamlardan biri isə işə qəbul, sənədləşmə və ya qeydiyyat adı altında pul tələb edilməsidir. Belə tələblər ciddi şübhə doğurmalı və vətəndaşlar heç bir halda tanımadıqları şəxslərə vəsait köçürməməlidirlər. Eyni zamanda, bank kartının məxfi məlumatları, CVV kodu, PIN və SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodları heç kimlə paylaşılmamalıdır. Unutmaq olmaz ki, kiberdələduzluqla mübarizədə ən effektiv müdafiə vasitələrindən biri rəqəmsal savadlılıq və fərdi məsuliyyətdir. İş axtaran şəxslər hər bir təklifə tənqidi yanaşmalı, qərar verməyə tələsməməli və şübhəli hallarla qarşılaşdıqda müvafiq qurumlara məlumat verməlidirlər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 547 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzərsahili qanunsuz obyektlər söküləcək?
"Hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür. Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsini
19 noyabrEtibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Daşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi risk
19 noyabrAZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027 APEX Best Cabin Service in Central & Southern Asia"
20 noyabr21° isti... - Sabahın havası
Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı
20 noyabr"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"
"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq
19 noyabrXarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına rəsmi qaydada xitam verilməyən şəxslər ölkəmizdə hərbi xidmət öhdəliyindən azad olunmurlar. Qanunvericiliyə əsasən, belə şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Bu zaman onların xarici ölkədə hərb
20 noyabrJurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so
20 noyabrKupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpa
20 noyabr