AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027 APEX Best Cabin Service in Central & Southern Asia".
Sonxeber.az xəbər verir ki, mükafatların xüsusi əhəmiyyəti onların birbaşa sərnişinlərin müstəqil rəy və qiymətləndirmələri əsasında müəyyən edilməsidir.
APEX-in reytinqləri "Concur" şirkətinin "TripIt" platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim sərnişin qiymətləndirmələrinə əsaslanır.
Qiymətləndirmə zamanı göyərtədə xidmətin keyfiyyəti, oturacaqların rahatlığı, qida və içki təminatı, əyləncə sistemləri və internetə çıxış imkanları nəzərə alınır.
Mükafatlar 19 noyabr 2026-cı il tarixində Sinqapurda keçirilən "APEX FTE EXPO 2026" beynəlxalq aviasiya forumu çərçivəsində təqdim olunub. Tədbir aviaşirkətlərin, hava limanlarının, rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrini və aviasiya sənayesinin aparıcı ekspertlərini bir araya gətirib.
"APEX Four-Star Major Airline" mükafatı Azərbaycan Hava Yollarının ümumi sərnişin təcrübəsi üzrə yüksək göstəricilərini, "Best Cabin Service in Central & Southern Asia" mükafatı isə aviaşirkətin Mərkəzi və Cənubi Asiya regionunda hava gəmisinin göyərtəsində göstərilən xidmət sahəsində əldə etdiyi nailiyyətləri təsdiqləyir.
Qeyd edək ki, aviaşirkət 2026-cı ildə "Skytrax World Airline Awards" mükafatlandırma mərasimində də "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" adına layiq görülüb.
Bu mükafatlar AZAL-ın sərnişin xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq aviasiya bazarında mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin növbəti göstəricisidir.
Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 213 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVəkil Orxan Kəngərli həbs edildi
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb. -ın məlumata görə, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbu
19 noyabrÖlkədə evlənmək istəyənlər azalıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərin
20 noyabrAzərbaycanda da trend olan məhsulda kif-maya göbələkləri aşkarlandı
İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Pannamore" MMC-nin İspaniyada
19 noyabrSabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəz
19 noyabrPaytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyət
20 noyabrSabah hava necə olacaq?
Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü qərb, şimal-qərb küləyi, gündü
19 noyabr"Atlant"ın rəhbəri vəfat etdi
Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. Bizim.media-ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq
20 noyabr