Xəzərsahili qanunsuz obyektlər söküləcək?
"Hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür. Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır".
"Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.
"Birincisi, biz gözləməliyik ki, müvafiq normativ hüquqi aktlar təsdiq olunsun. Həmin ərazilər bu günə qədər vahid ərazi deyildi. Ayrı-ayrı ərazilər idi, amma Xəzər sahilboyu deyilən bir ərazi statusu yox idi. Bizim bu ərazi ilə bağlı əsaslanmamız təsdiq olunacaq, qanunvericiliyə müvafiq dəyişikliklər olunacaq. Orada hansı rejim olmalıdır, o müəyyən olunacaq. Tikililər özəlləşdirilə bilər, bilməz, xüsusi mülkiyyət ola bilər, ola bilməz. Təbii ki, dövlət o sahəni dövlət mülkiyyəti kimi görür, indi buna gedişatda da baxacağıq. Amma buna qədər qanuniləşmiş müəyyən obyektlər var, qanuniləşmiş mülkiyyət formaları var. Onlara qanunvericilik, Azərbaycan hüquqi dövləti qanunvericiliyi hansı formatda yanaşırsa, biz də o formatda yanaşacağıq. Amma deyildiyi kimi, tamamilə yararsız, əndazəsiz və heç bir ictimai əhəmiyyət kəsb eləməyən, əhaliyə xidmət göstərməyə layiq olmayan tikililər təbii ki, tənzimlənməlidir. Burada indi biz bunu birmənalı deyə bilmərik ki, o söküləcək, ya yox", - şöbə müdiri əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 237 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEtibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Daşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi risk
19 noyabrDəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - Foto
Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş. "Qafqazinfo" xəbər verir ki, "Opel" markalı avtomobillə toqquşan "Tofaş"da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkəni
19 noyabrPaytaxtda ölən motosikletçinin fotosu
Bakıda qəzada həyatını itirən motosiklet sürücüsünün kimliyi məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Moskva prospekti, 45 ünvanında tunelin girişində baş verib. Qismət Maxsud oğlu Qaçayev "Toyota" markalı avtomobil ilə hərəkətdə olarkən Asif Əliheydər oğlu Ağaverdiyevi
18 noyabrHacıqabulda zəlzələ oldu
Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:09-da baş verən zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanın ocağı 45 km dərinlikdə yerləşib. Qeyd olunu
19 noyabrAzərbaycan 4 meymunu Qazaxıstana 200 dollara satdı
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Qazaxıstana dörd diri primat ixrac edilib. -a istinadən xəbər verir ki, dörd heyvanın ümumi ixrac dəyəri 200 ABŞ dolları göstərilib. Heyvanların hansı məqsədlə Qazaxıstana göndərildiyi rəsmi məlumatlarda əksini tapmayıb
19 noyabrAzərbaycanda odunla qızdırılan məktəb qalmayıb
Təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini
18 noyabr