"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTAT

"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTAT"Azərbaycanın müasir xarici siyasət kursu tarixi reallıqlara, milli maraqlara və qlobal tendensiyalara söykənən ardıcıl və düşünülmüş strategiyadır. Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm aktorlardan biridir. Dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, yeni əməkdaşlıq müstəvilərinin açılması və mövcud tərəfdaşlıqların dərinləşdirilməsi dövlət siyasətimizin prioritet xəttidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, hazırda bu istiqamətdə bir neçə əsas hədəf üzərində çalışılır:

"Birincisi, regional əməkdaşlığın strateji genişləndirilməsidir. Azərbaycan Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərdə balanslı və fəal siyasət həyata keçirir. Bu əməkdaşlıq iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsallaşma və mədəni-humanitar sahələri də əhatə edir. Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi ideyası, Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi, yaşıl enerji zonalarının qurulması kimi layihələr Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlarımız üçün də real dəyər yaradır.

İkincisi, qanunvericilik təşəbbüsləri və hüquqi bazadır. Parlamentin üzərinə düşən əsas vəzifələrdən biri bu prosesləri hüquqi müstəvidə təmin etməkdir. Son illərdə
xarici investisiyaların qorunmasını təmin edən islahatlar, rəqəmsal iqtisadiyyat və enerji siyasəti ilə bağlı yeni qanun layihələri, beynəlxalq müqavilələrin ratifikasiyası və strateji əməkdaşlıq sənədlərinin təsdiqi kimi addımlar dövlətimizin siyasi xəttinə və Möhtərəm.Cəmab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf modelinə uyğun şəkildə həyata keçirilir. Məqsədimiz Azərbaycanın qlobal iqtisadi sistemə rəqabətqabiliyyətli, təhlükəsiz və uzunmüddətli inteqrasiyasını təmin etməkdir.

Üçüncüsü, Parlament diplomatiyasıdır. Dünyada diplomatiyanın çox mühüm qolu məhz parlamentlərarası əməkdaşlıqdır. Azərbaycan Parlamenti müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi çatdırır, qarşı tərəflərlə dialoqu möhkəmləndiririk. Müharibədən sonrakı reallıqların qəbul etdirilməsi, Ermənistanın siyasi manipulyasiyalarının ifşası, regionda davamlı sülhə çağırış bu fəaliyyətin əsas istiqamətlərindəndir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 920   Tarix: 05 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Xocalı yaddaşdır, dərsdir və ədalətin gec də olsa qalib gəldiyinin sübutudur" - DEPUTAT

"Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı və faciəvi səhifələrindən biri olmaqla yanaşı, uzun illər beynəlxalq ədalətsizliyin, siyasi laqeydliyin və ikili standartların simvoluna çevrilmişdir. 1992-ci ilin fevralında Xocalıda törədilmiş bu ağır cinayət yalnız yüzlərlə günahsız insanın həyatın

24 fevral
.

Trampın qızından atasına çağırış var!

ABŞ Prezidenti Donald Trumpın qızı olduğunu iddia edən Necla Özmen, atasının İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyini bildirərək müharibənin dayandırılmasına çağırış edib. xarici mediaya istinadən xəbər verir ki, Özmen açıqlamasında başqa ölkələrin daxili işlərinə müdaxilən

2 mart
.

Prezidentin sosial şəbəkə hesablarında Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı paylaşım edilib - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

26 fevral
.

"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub sonra çıxış edib. Ardınca Xocal

26 fevral
.

İranın ölkəmizdəki səfiri Azərbaycana təşəkkür etdi

"Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə özünün rəsmi və qeyri-rəsmi mesajları ilə dəstəyini nümayiş etdirib". xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə təşkil edilən mətbuat konfransında deyib. "Bu, bizim mədəniyyətimizi

2 mart
.

Xocalı Soyqırımı Memorialı faciə həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır

26 Fevral - Xocalı soyqırımı yalnız Azərbaycan tarixinin qanlı səhifəsi deyil, bütöv bəşəriyyətin faciəsidir. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının nümunəsidir. Mülki əhaliyə qarşı zorakılıq, qadın və uşaqların qətlə yetirilməsi beynəlxalq hüquq normalarına ziddir v

27 fevral
.

"Cənab Prezident, şəkil çəkdirə bilərik?"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü

25 fevral
.

Vasif Talıbovun imzaladığı 10-dan çox fərman LƏĞV EDİLDİ

Naxçıvan Muxtar Respublikasında (MR) 2015-2020-ci illərdə imzalanmış bəzi fərmanlar qüvvədən salınıb. -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Sənədə əsasən aşağıdakı fərmanlar ləğv olunub:. - "Naxçıvan Muxtar Respublikas

23 fevral
.

Prezident FHN-ə yeni səlahiyyət verdi

Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliy

27 fevral