Türkiyədə ABŞ hərbi bazası vurulub?
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi müxtəlif sosial media platformalarında yayılan "Türkiyə ərazisində yerləşən ABŞ hərbi bazasına hücum edildiyi" iddiaları ilə bağlı rəsmi açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən qurum rəsmi məlumat yayıb.
Yayılan açıqlamada bildirilib ki, müxtəlif sosial media hesablarında yayılan bu cür iddialar tamamilə əsassızdır:
"Türkiyənin sərhədləri daxilində heç bir xarici dövlətə məxsus hərbi baza yoxdur. Ölkəmizin hava məkanı, quru sərhədləri, dəniz əraziləri və bütün hərbi obyektləri yalnız öz suverenliyimiz və nəzarətimiz altındadır. Türkiyəyə qarşı heç bir təcavüz aktı baş verməyib və ölkəmizi regional münaqişələrdə iştirak edən tərəf kimi təqdim etməyi hədəfləyən bu cür paylaşımlar qəsdən aparılan dezinformasiya kampaniyasıdır.
Türkiyənin müdafiə və təhlükəsizlik infrastrukturu aktiv şəkildə fəaliyyət göstərir. Hadisələr müvafiq orqanlar tərəfindən izlənilir. İctimaiyyətə əsassız iddialara inanmamaq və yalnız rəsmi mənbələrdən gələn açıqlamalara istinad etmək tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2743 Tarix: 02 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Çinlə müharibənin astanasında idi
Yazda, İranla müharibənin ən qızğın vaxtında, Amerika ordusu arasında yayılan bir kəşfiyyat hesabatı dərhal həyəcana səbəb oldu. Hesabatda deyilirdi: "Yaxın Şərqdə bir Çin gəmisi nüvə silahı proqramı üçün komponentlər daşıyırdı". xəbər verir ki, məsələ ilə tanış olan dörd mənbəyə görə , AB
19 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrAleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabrDonald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabr