Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb.
Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislava Petrova diplomatı təcili olaraq çağırtdırıb və onu tutduğu vəzifədən kənarlaşdırıb.
Məlumatda bu addımın Bolqarıstanın daxili işlər naziri İvan Demerdciyev tərəfindən açıqlanan informasiyalarla əlaqədar olduğunu qeyd edirlər. Nazirin sözlərinə görə, yol hasarlarının tədarükü üzrə dövlət müqavilələrinin əsas hissəsini əldə edən dörd şirkət, podratların dəyərini 150 milyon levdən (89.5 milyon dollar) çox artırıb.
Nəşrin məlumatına əsasən, həmin vəsaitlərin bir hissəsi heç bir fəaliyyət göstərməyən və Yordanovun atasına məxsus olan şirkətin hesabına köçürülüb. İddia olunur ki, şirkətin pulu deputat Delyan Peevskinin ümumi dəyəri 5 milyon avronu ötən 36 təyyarə uçuşunun ödənişi üçün istifadə edilib.
Qeyd edilir ki, eyni şirkət 2020-ci ildə bir təyyarə satın alıb və daha sonra bu hava gəmisindən Peevski istifadə edib.
Avqust ayının sonlarında Bolqarıstan parlamenti keçirdiyi növbədənkənar iclasda, ikinci və yekun oxunuşda dövlət qulluqçuları üçün məcburi antikorrupsiya testini nəzərdə tutan qanunu qəbul edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 77 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil
17 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabr"Hraparak": Hindistan dronları qalib gəldi
"Bizdə olan məlumata görə, Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz texnologiyaların inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan Silahlı Qüvvələri üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər
19 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrAleksandar Vuçiç Ukraynada səfərdədir
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək
18 sentyabrToqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub
Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi
18 sentyabrTramp Rusiya neftinə 100% tarif tətbiq edən qanunu imzaladı
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb. xəbər verir ki, xüsusilə, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrü
19 sentyabr