Tənəffüs sistemi üçün ən təhlükəli MƏİŞƏT CİHAZLARI
Adi məişət cihazları əhəmiyyətli dərəcədə ultra incə hissəciklərin mənbəyi ola bilər ki, bu hissəciklər də ağciyərlərə dərindən nüfuz etmək qabiliyyətinə malikdir.
Oxu.Az xəbər verir ki, bu qənaətə Pusan Milli Universitetinin alimləri gəliblər və müvafiq tədqiqatın nəticələri "Journal of Hazardous Materials" (JHM) nəşrində dərc edilib.
Tədqiqatçılar laboratoriya şəraitində müxtəlif cihazların işi zamanı onlardan ayrılan ultra incə hissəciklərin (UFP) tullantılarını ölçüblər. Ən "çirkli" məişət cihazı çəkmə mexanizmi olan toster olub ki, hətta içərisində çörək olmasa belə, dəqiqədə 1.73 trilyon hissəciyə qədər tullantı buraxıb.
Əhəmiyyətli dərəcədə tullantılar həmçinin hava qızdırıcılarında və saç qurutma aparatlarında (fen), ilkin növbədə kollektor elektrik mühərrikli modellərdə qeydə alınıb. Eyni zamanda fırçasız mühərrikli müasir fenlər 10-100 dəfə az hissəcik buraxıb.
Kompüter modelləşdirməsi göstərib ki, bu hissəciklər praktiki olaraq burun boşluğunda qalmır və ağciyərlərin dərin hissələrinə nüfuz edir. Uşaqlar xüsusilə həssasdırlar, çünki onların tənəffüs yolları daha dardır. Tullantıların kimyəvi tərkibi alimlər arasında əlavə narahatlıqlar doğurub: hissəciklərdə mis, dəmir, alüminium və titan da daxil olmaqla ağır metallar aşkarlanıb ki, böyük ehtimal, onlar cihazlardakı qızdırıcı elementlərdən və mühərriklərdən ayrılır.
Müəlliflər qeyd edirlər ki, əvvəlki tədqiqatlar ultra incə hissəcikləri astma, ürək-damar xəstəlikləri, diabet və xroniki iltihab riskinin artması ilə əlaqələndirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 616 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrAncelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabr