Tarixi dəyişdirən kəşf: İnsanlığın "itmiş halqası" Lusi taxtından enir?
İnsanlığın mənşəyi haqqında danışılan hekayələrdə 3,2 milyon yaşlı Lusi (Lucy) fosili onilliklərdir sarsılmaz bir taxtın sahibi idi.
Qaynarinfo xəbər verir ki, Australopithecus afarensis növünə aid olan bu məşhur fosil, primatlarla insan soyunun arasındakı məşhur "itmiş halqa" olaraq qəbul edilirdi.
Lakin Efiopiyanın Afar bölgəsindən gələn yeni tapıntılar, bu sadə və düz xətti hekayəni kökündən sarsıdır. Voranso-Mille bölgəsində aparılan qazıntılar göstərir ki, insanlıq tarixi tək bir axın kimi irəliləyən bir proses deyil, bir-birinə qarışan çoxsaylı budaqlardan ibarət mürəkkəb bir şəbəkədir.
Alimlər arasındakı bu böyük dəyişiklik, Australopithecus deyiremeda adlanan fərqli bir növün qalıqları üzərində aparılan analizlərlə başlayıb. Tədqiqatçılar yeni tapılan çənə və diş fosillərini, illər öncə kəşf edilən, lakin hansı növə aid olduğu müəyyən edilməyən 3,4 milyon yaşlı qeyri-adi ayaq skeleti ilə - yəni "Burtele ayağı" ilə uyğunlaşdırmağı bacarıblar. Bu isə Lusi ilə eyni dövrdə, onun qonşuluğunda başqa bir insan əcdadının da mövcud olduğunu təsdiqləyir. Artıq bilirik ki, Lusi həmin dövrdə Şərqi Afrika düzlüyündə tək deyil.
Ağaca dırmaşan qohum və fərqli həyat tərzləri
Anatomik araşdırmalar göstərir ki, bu yeni növ Lusi ilə müqayisədə daha "primitiv" xüsusiyyətlərə malikdir. Xüsusilə Burtele ayağının quruluşu bu canlıların ayaq barmaqları ilə əşyaları tutma qabiliyyətinin çox güclü olduğunu göstərir. Bu isə onların hələ də ağaclara dırmaşmağı vacib həyat tərzi olaraq saxladıqlarını göstərir.
Diş üzərində aparılan kimyəvi analizlər də iki növ arasında fərqləri daha da aydınlaşdırır: Lusinin növü daha geniş spektrdə qidalanıb, deyiremeda növü isə daha çox meyvə və yarpaq kimi meşə məhsullarını üstün tutub. Yəni bu iki qohum növ eyni bölgədə yaşasa da, fərqli ekoloji nişləri dolduraraq bir-biriləri ilə rəqabət etmədən sağ qalıb.
Bu yeni mənzərənin ən diqqətçəkən nəticəsi, Lusinin insan soyunun "tək əsas gövdəsi" olduğu köhnə inancı zəiflətməsidir. Analizlər göstərir ki, bu yeni növ Lusidən daha çox, 4 milyon il əvvəl yaşamış daha qədim bir növ olan Australopithecus anamensis ilə yaxın əlaqələrə malik ola bilər. Əgər bu doğru olarsa, insan evrimi düz bir xətt kimi deyil, bir neçə fərqli növün eyni zamanda müxtəlif qidalanma və hərəkət üsullarını sınadığı mürəkkəb "evolyusiya kolu" kimidir.
Alimlər arasında Lusinin mövqeyi barədə müzakirələr hələ də davam etsə də, artıq aydın olan bir həqiqət var: İnsanlığa aparan yol, əvvəllər düşündüyümüzdən çox daha dolaşıq və sıx bir yoldan keçir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2325 Tarix: 27 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabr