Pərdələri qar kimi ağardan təbii üsul: Cəmi bir məhsulla möhtəşəm nəticə

Pərdələri qar kimi ağardan təbii üsul: Cəmi bir məhsulla möhtəşəm nəticəPərdələr evdə gün işığına, toza, hava çirkliliyinə və mətbəx buxarına ən çox məruz qalan əşyalardır. Zamanla bozaran və ya saralan pərdələri ağartmaq üçün çox vaxt kimyəvi ağardıcılardan istifadə olunur. Lakin bu maddələr pərdənin liflərini zəiflədir və ömrünü qısaldır. Artıq kimyəvi vasitələrə ehtiyac qalmadı - evdə olan təbii məhsullarla pərdələrinizi ilk günkü kimi ağappaq edə bilərsiniz.

Pərdə parçaları havadakı toz zərrəciklərini, egzoz qazlarını, siqaret tüstüsünü və mətbəx qoxularını özünə çəkir. Hətta suyun tərkibindəki ərp (kirəclənmə) belə zamanla pərdənin rəngini bozardır. Yanlış yuyucu vasitə və yüksək temperaturda yuma da bu prosesi sürətləndirir.

Paltaryuyan Maşında Ən Praktik Ağartma Üsulu
Bu üsul həm qənaətcildir, həm də həssas parçalar üçün tamamilə təhlükəsizdir:

Sodanın Gücü: Pərdələri maşına yerləşdirin və hər zamankı yuyucu tozunuzu (deterjan) əlavə edin. Üzərinə 1-2 xörək qaşığı karbonat əlavə edin. Karbonat parçanın lifləri arasına yerləşmiş boz təbəqəni parçalayaraq rəngin açılmasını təmin edir.

Ağ Sirkə Möcüzəsi: Yumşaldıcı bölməsinə isə adi yumşaldıcı əvəzinə yarım stəkan ağ sirkə tökün. Sirkə yuyucu toz qalıqlarını təmizləyir, parçanı yumşaldır və pərdənin matlaşmasının qarşısını alır. Qorxmayın, sirkə qoxusu pərdə quruduqdan sonra tamamilə yox olur.

Pərdələri mütləq aşağı temperaturda (30-40 dərəcə), həssas rejimdə və aşağı dövriyyədə yuyun.

Əgər pərdələriniz həddindən artıq çirklidirsə, bu kiçik hiylələrdən də istifadə edə bilərsiniz:

Duzlu Su: Pərdələri yumadan əvvəl bir neçə qaşıq duz əlavə edilmiş ilıq suda bir saat saxlayın.

Limon Suyu: Maşının yuma bölməsinə yarım limonun suyunu əlavə etmək sarı ləkələri yox edir.

Ayrı Yuyun: Pərdələri rəngli paltarlar və ya dəsmallarla bir yerdə yumayın, çünki digər parçalardan çıxan liflər pərdəni bozarır.

Pərdələr yuyulandan sonra dərhal asılsa, öz çəkisi ilə düzəlir və əksər hallarda ütüləməyə ehtiyac qalmır.(milli.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2309   Tarix: 28 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr