İstifadə edilmədikdə fləşka xarab ola bilərmi: məlumatlar silinərmi?
Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə belə insanlar fləşkalardan, yəni USB-daşıyıcılardan istifadə etməyə davam edirlər. Bu kiçik yaddaş qurğuları hələ də lazım olur, lakin hər zaman tez-tez istifadə edilmir. Buna görə də bəzən fləşka illərlə masa çəkməcəsində istifadəsiz qala bilir.
Elektrik enerjisi olmadan fləşkada məlumatlar nə qədər saxlanılır
Lent.az xəbər verir ki, hesab olunur ki, USB-daşıyıcıdan illərlə istifadə edilməsə belə, o, öz-özünə sıradan çıxmır. Lakin yaddaş hüceyrələrində yükün sızması və ya onların deqradasiyası baş verərsə, daşıyıcıdakı məlumatlar silinə və ya zədələnə bilər. Fiziki nasazlıqlar adətən uzun müddət istifadə olunmamaqla deyil, konnektorun və ya kontrollerin aşınması ilə bağlı olur. Keyfiyyətli fləşkalar məlumatları onilliklər ərzində saxlaya bilər, ucuz qurğular isə bir neçə ay ərzində sıradan çıxa bilər.
Reddit istifadəçiləri fləşkadan uzun müddət istifadə edilmədikdə nə baş verdiyini və onunla hər hansı problemin yarana bilib-bilməyəcəyini müzakirə ediblər. İstifadəçilərdən biri bildirib ki, qurğudakı yaddaş elektrik yükü hesabına işləyir. Zamanla bu yük azalır və məlumatların neçə il problemsiz saxlanılacağı yaddaşın növündən, fləşkanın yaşından və tipindən asılıdır. Məlumatların itməsi və fləşkanın sıradan çıxması riskini azaltmaq üçün faylları daşıyıcıya mütəmadi olaraq yenidən yazmaq tövsiyə olunur təxminən 1-2 ayda bir. Müzakirənin bir çox iştirakçısı isə illərlə istifadə olunmamış köhnə fləşkaları kompüterə qoşaraq içindəki məlumatlara baxdıqlarını və cihazların 5, 10, hətta 15 ildən sonra belə işlək vəziyyətdə olduğunu bildiriblər. Bununla belə, istifadəçilər fləşkanı vacib məlumatlar üçün yeganə daşıyıcı kimi qəbul etməyi tövsiyə etmirlər. Əhəmiyyətli məlumatlar mütləq şəkildə bulud yaddaşlarında və ya digər yaddaş kartlarında da saxlanılmalıdır, çünki hər zaman fləşkanın işləməməsi riski mövcuddur. Vacib məlumatların itirilməməsi üçün USB-daşıyıcını vaxtaşırı kompüterə və ya noutbuka qoşmaq, faylları yoxlamaq və fləşkanın enerji yükünü "yeniləmək" tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 539 Tarix: 29 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabr