Öz üzünüzə baxın: nə üçün faydalı olduğu AÇIQLANDI
Tədqiqatçılar qeyri-adi bir eksperiment apararaq sübut ediblər ki, insanın öz üzünə istər fotoşəkillərdə, videolarda, istərsə də güzgüdə baxması beyin fəaliyyəti baxımından olduqca faydalıdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya alimləri tərəfindən aparılan araşdırma çərçivəsində insanın özünə baxdığı zaman beyində hansı proseslərin baş verdiyi öyrənilib.
Eksperiment iştirakçılarına onlara çox bənzəyən, lakin əslində yad insanlara məxsus üz şəkilləri göstərilib.
Bu səbəbdən iştirakçılar şəkillərdə özlərinin əks olunduğunu yalnız şüuraltı səviyyədə dərk ediblər. Müqayisə məqsədilə onlara real həyatda heç vaxt rastlaşmadıqları tamamilə yad insanların üzləri də təqdim olunub.
Araşdırmanın nəticələri göstərib ki, insan özünü "tanıdığı" zaman beyində həzz hormonu hesab olunan dopaminin ifrazına cavabdeh olan sahə aktivləşir. Yad üzlərə baxıldıqda isə bu sahənin fəaliyyəti müşahidə olunmayıb.
Tədqiqatın aparıcı müəllifi Çisa Ota bildirib ki, alimlər dopaminin əsas mənbəyi sayılan ventral teqmental sahənin hətta insan öz üzünü şüuraltı şəkildə qavradığı zaman belə, digər insanların üzlərinə baxdığı andan daha aktiv olduğunu müəyyən ediblər.
Qeyd olunur ki, insan başqasına baxdığı zaman beyində əsasən yeni informasiyanın emalı ilə məşğul olan sahələr aktivləşir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 651 Tarix: 30 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabr