Alimlər yemək yeyərkən televizora baxmağın zərərlərini aşkarlayıblar

Alimlər yemək yeyərkən televizora baxmağın zərərlərini aşkarlayıblarAmerikalı alimlər müəyyən ediblər ki, yemək yeyərkən televizora baxmaq kökəlmə riskini artırır.

Oxu.Az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Physiology and Behavior" jurnalında dərc olunub.

Müəlliflər müxtəlif rəqəmsal yayındırıcı amillərin qida qəbuluna təsirini araşdırıblar. Təcrübədə tədqiqatın əsl məqsədindən xəbərsiz olan 114 kişi və qadın iştirak edib. Bütün könüllülərə eyni qəlyanaltılar - çips və şokolad konfetlər təklif olunub və iştirakçılar üç qrupa bölünüblər.

Birinci qrupdakı iştirakçılar yemək yeyərkən televizora baxıb, ikincilər smartfonlarına qapılıb, üçüncülər isə diqqəti yayındırmadan qida qəbul ediblər. Tədqiqatçılar istehlak edilən qida miqdarını qeydə alıblar.

Nəticələr göstərib ki, televizora baxmaq qəlyanaltıların kalori qəbulunu əhəmiyyətli dərəcədə artırır. "TV qrupu"nun iştirakçıları orta hesabla təxminən 164 kilokalori, diqqəti yayındırmadan yeyənlər isə təxminən 131 kilokalori istehlıak ediblər. Smartfon istifadəçiləri ilə istifadə etməyənlər arasındakı fərq minimal olub və statistik cəhətdən əhəmiyyətsiz sayılıb.

"Tədqiqatımız göstərir ki, televizora baxmaq həddindən artıq yeməyə və sağlam olmayan qidalanma vərdişlərinin inkişafına daha çox səbəb olur", - deyə psixoloqlar bildiriblər.

Onların fikrincə, televiziyanın təsiri diqqəti yayındırması ilə bağlıdır. Belə ki, beynin nə vaxt və hansı miqdarda yediyini qeyd etməsi çətinləşir, bu da doyma hissinin azalmasına səbəb olur.

Müəlliflər smartfonların daha az təsir göstərməsini belə izah ediblər: telefona baxarkən hər iki əl istifadə olunur, amma televizora baxarkən əllər sərbəst qalır ki, bu da insanın demək olar ki, avtomatik yeməsinə imkan verir.

Tədqiqatçılar porsiyaların ölçüsünü və yemək siqnallarını daha yaxşı idarə etmək üçün mümkün olduqda qidalanma zamanı televizora baxmamağı tövsiyə edirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 609   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr