Sərxoş sürücü ona cərimə yazan polislərin yanında içməyə davam etdi - VİDEO

Sərxoş sürücü ona cərimə yazan polislərin yanında içməyə davam etdi - VİDEOTürkiyənin Aksaray şəhərində baş verən hadisə həm polis əməkdaşlarını, həm də ictimaiyyəti heyrətə salıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Aratol İstiklal məhəlləsində patrul xidməti aparan mülki geyimli polis əməkdaşları mağazadan çıxaraq 42 AAD 014 dövlət nömrə nişanlı avtomobilinə yaxınlaşan Tunay D.-ni şübhə əsasında saxlayıblar. Yol polisi tərəfindən aparılan alkoqol testi zamanı onun 1,25 promil sərxoş olduğu, yəni icazə verilən həddən iki dəfədən çox spirt qəbul etdiyi müəyyən edilib.

Sürücünün sürücülük vəsiqəsi müsadirə edilib və ona 11 min 629 lirə məbləğində cərimə yazılıb. Lakin Tunay D. cəza qəbzini əlində tutaraq avtomobilinin yanında alkoqol qəbul etməyə davam edib və onu çəkən kameralara "Çox yaxşı içmişəm, bundan sonra da içəcəyəm" deyə reaksiya verib.

Polislərin xəbərdarlığına baxmayaraq, sərxoş davranışlarını davam etdirən sürücü asayiş əməkdaşları tərəfindən nəzarət altına alınaraq polis maşını ilə xəstəxanaya aparılıb. Tibbi yoxlamadan sonra Tunay D. "sərxoş vəziyyətdə avtomobil idarə edərək yol hərəkəti təhlükəsizliyini təhlükə altına salmaq" maddəsi ilə ifadə vermək üçün polis idarəsinə aparılıb. Onun avtomobili isə hadisə yerinə çağırılan yaxınlarından birinə təhvil verilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 835   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

22 yaşlı qadın məşqçinin cavabı gündəm oldu: "Bu komandanı qadınlar aşağı liqaya salmayıb" - VİDEO

Türkiyənin "Turgutluspor" klubunun 22 yaşlı baş məşqçisi Zeynep Mestanın televiziya proqramında yayımlanan yeni görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, proqramın aparıcısı Beyazıt Öztürkün qadınların futboldakı mövqeyi ilə bağlı sözlərinə gənc məşqçinin verdiyi cava

17 sentyabr
.

Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO

Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid

18 sentyabr
.

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu

14 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr