Ada su qiymətinə satışa çıxarıldı: lakin bir təhlükə var
Möhtəşəm Eilyan-a-Çapuill adası (digər adı ilə At adası) Şotlandiyada Knapdeyl yarımadasının yaxınlığında yerləşir və 50 min funt sterlinqə satışa çıxarılıb. Lakin potensial alıcılara ciddi xəbərdarlıq edilib: tez dəyişən qabarma və çəkilmələr səbəbindən adaya giriş həyat üçün təhlükəlidir.
Lent.az xəbər verir ki, altı akr ərazisi olan adadan materikə, həmçinin qonşu Jura və Ayley (Islay) adalarına panoramik mənzərə açılır. Eilyan-a-Çapuill adasına çəkilmə zamanı piyada getmək və ya qayıqla çatmaq mümkündür. Ərazidə şəxsi qayıq dayanacağı (elinq), qalanın qalıqları və füsunkar təbii mənzərələr var.
Adanı Krinan, Kernbaan və Tayvalliç kimi kiçik, füsunkar kəndlər əhatə edir. Bu yerlər yaxtaçılar və turistlər arasında çox məşhurdur. Məsələn, Tayvalliç öz balıqçılıq icması, restoranları və yerli rəssamları ilə tanınır.
Adanın vəhşi təbiəti arasında marallar, qartallar və dəniz donuzları (porpoise) var. "Sothebys International Realty" isə Eilyan-a-Çapuill adasını "zəngin irsə və təbii möcüzələrə malik müstəsna təklif" kimi xarakterizə edir.
Daşınmaz əmlak agenti qeyd edib: "Bu ada həm regenerativ turizmin inkişafı üçün, həm də turist marşrutlarından uzaqda yerləşən şəxsi ailə mülkü kimi çox uyğundur".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 647 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabr