Məşhur müğənni iti ilə evləndi
"Rilo Kiley" qrupunun frontvumeni Cenni Lyuis 50 illiyini olduqca qeyri-adi şəkildə qeyd edib: o, Bobbi Rubarb adlı kokapu cinsli iti ilə "evlənib".
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mərasim qrupun dostları və həmkarlarının iştirak etdiyi dar çevrədə keçirilib.
"50 illiyimdə itimlə evləndim", - Lyuis X platformasında yazıb.
Paylaşıma dörd polaroid foto əlavə edib: müğənni gəlinlik paltarında, Bobbi qayışda və iki ədəd göyqurşağı rənglərində tort.
Bobbi ilk dəfə deyil ki, diqqət mərkəzinə düşür: Cenni daha əvvəl ona "Puppy and a Truck" (2021) adlı mahnı həsr etmişdi. Bu mahnı 2023-cü ildə onun Joy’All adlı solo albomunda yenidən buraxılıb.
Müğənni bildirib ki, it ona çətin bir dövrü geridə qoymağa kömək edib. "Mənim uşaqlarım yoxdur, amma bu it məni bir çox mənada dəyişdi - kiminsə həyatı üçün məsuliyyət daşımaq və özündən başqa birinə qayğı göstərmək mənim üçün böyük dərs oldu".
Lyuis heç vaxt rəsmi olaraq evli olmasa da, o, Rilo Kiley qrupunu birlikdə yaratdığı Bleyk Sennett ilə uzun müddətli münasibətdə olub. Cütlük təxminən 2002-ci ildə ayrılıb, qrup isə 2011-ci ildə dağılıb. Daha sonra isə keçən ilin mayında tur üçün yenidən bir araya gəliblər.
"Bir ağ canavar arzulayırdım, amma mənə kokapu qismət oldu", - Lyuis gülümsəyərək etiraf edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 794 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabr