İki ildir yatmır, yuxulu da olmur - Nadir xəstəlik
32 yaşlı britaniyalı Oliver Elvis 2023-cü ilin dekabrından bəri demək olar ki, yatmamasına səbəb olan naməlum xəstəlik barədə danışıb. O, bu müddətdə bir dəfə də olsun normal şəkildə yuxuya gedə bilmədiyini, güclü yuxu dərmanları və hətta tibbi narkoz daxil olmaqla ənənəvi müalicə üsullarının nəticə vermədiyini iddia edir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Elvisin sözlərinə görə, əvvəllər o, sutkada 6-10 saat yatırdı və ciddi sağlamlıq problemi yox idi. Lakin bir axşam yuxusu gəlməyib və o vaxtdan vəziyyət dəyişməyib.
"Ən qəribəsi odur ki, mən heç yuxulu da olmuram. Beynim sanki fövqəladə rejimdə ilişib qalıb", - deyə britaniyalı bildirib.
Oliver qeyd edib ki, sağlam həyat tərzi sürür, mütəmadi idmanla məşğul olur və vaxtının çox hissəsini təmiz havada keçirir. Buna baxmayaraq, yuxusuzluq onun vəziyyətini kəskin şəkildə pisləşdirib. 2024-cü ilin yanvarında o, qatar maşinisti işini tərk etməyə, evini satmağa və yenidən anasının yanına köçməyə məcbur olub.
Kişinin sözlərinə görə, xəstəlik dövründə o, nevroloqlar, psixiatrlar və yuxu üzrə mütəxəssislər daxil olmaqla müxtəlif həkimlərə müraciət etsə də, təsirli müalicə ala bilməyib. Elvis iddia edir ki, bəzi həkimlər onun dediklərinə şübhə ilə yanaşıb və ya onun faydasız hesab etdiyi üsullar tövsiyə ediblər.
Müayinələr zamanı ona posttravmatik stress pozuntusu, xroniki yorğunluq sindromu və fibromialgiya diaqnozu qoyulub. Lakin onun sözlərinə görə, həkimlərin tövsiyələri ümumi məsləhətlərdən ibarət olub: "özünü nəzarətdə saxla" və "daha çox dincəl".
Oliver həmçinin ciddi fiziki simptomlardan danışır: əzələ və oynaq ağrıları, görmə problemləri, həzm pozuntuları və başda güclü təzyiq hissi. O bildirir ki, yuxusuzluq ona normal həyat yaşamağa imkan vermir.
Nevroloq-konsultant professor Qay Leşziner isə ehtimal edib ki, xəstə paradoksal yuxusuzluqdan əziyyət çəkə bilər. Bu, nadir pozuntudur və insan yuxu mərhələləri olsa belə, özünü yatmamış hesab edir.
Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə şüurluluğa cavabdeh olan beynin bəzi sahələri dərin yuxu mərhələsinə tam keçməyə bilər. Paradoksal yuxusuzluq çox vaxt psixi pozuntularla müşayiət olunur və belə hallarda kompleks müalicə vacib sayılır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 799 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonun batareya ömrünü necə artıraq?
Smartfonun batareya ömrünü daha da uzatmaq üçün onun performans profillərini tənzimləmək tövsiyə olunur. -a istinadən xəbər verir ki, bu barədə "MakeUseOf" portalı məlumat yayıb. Bildirilir ki, bir çox "Android" cihazında standart olaraq "normal" və ya "yüksək məhsuldarlıq"
14 iyunTürkiyədə İsa Məsihin saqqalsız təsviri aşkarlandı
Türkiyədə arxeoloqlar İsa Məsihin II əsrə aid, nadir rast gəlinən saqqalsız təsvirini aşkar ediblər. xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. İsa Məsihə aid bu freska qədim dövrdə Nikeya adlandırılan indiki İznik şəhərindəki bir məqbərənin altında tapılıb. Roma üslubunda çəkilmi
17 iyunFransada futbolçu danışılmış oyunlara görə saxlanıldı
Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilə
18 iyunMütəxəssislərdən xəbərdarlıq - mətbəxdəki bu əşya yanğına səbəb ola bilər
Mətbəxdə uzadıcıdan istifadə ciddi yanğın təhlükəsi yarada bilər. Xüsusilə də eyni anda bir neçə yüksək enerji sərf edən məişət cihazı ona qoşulduqda risk daha da artır. xəbər verir ki, elektrik çaydanı, mikrodalğalı soba, aerofritöz, qəhvə maşını, tost aparatı və mikser kimi mətbəx cihazları çoxlu elektri
16 iyunDÇ 2026-da BÖYÜK SÜRPRİZ - qrupdan çıxacaq komandalar açıqlandı
2026-cı il dünya çempionatının qrup mərhələsində ilk turun ardından mütəxəssislər növbəti mərhələyə vəsiqə qazanacaq komandalarla bağlı proqnozlarını açıqlayıblar. Qiymətləndirmələrə əsasən, turnirin favoritləri hesab olunan komandaların əksəriyyətinin pley-offa yüksələcəyi gözlənilir. A qrupunda Meksikanı
18 iyunİlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkib. xəbər verir ki, kadrlarda bir pişiyin ilk dəfə gördüyü tısbağaya verdiyi reaksiya əks olunub. Tısbağa ilə qarşılaşan pişik əvvəlcə ona ehtiyatla yaxınlaşaraq maraqla müşahidə edib. Xüsusilə heyvanın təəccüb dolu baxışları və tərəddüdl
15 iyunMessinin atasının ölüm xəbərini yayan aparıcı işdən QOVULDU
Lionel Messinin atası Xorxe Messinin öldüyü barədə yalan məlumat yayan aparıcı Florensiya Penya işdən qovulub. xarici KİV-ə istinadla bildirir ki, hadisə Luzu TV kanalında yayımlanan "El Show del Verano" proqramında baş verib. Penya efirdə izləyicilərə belə deyib:. "Mən pis xəbər vermə
19 iyunBöyük Britaniyada tarixi tapıntı - FOTO
Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XV
17 iyunNiyə əsnəyirik? - Beyin haqqında bildiklərinizi dəyişəcək 3 elmi fakt
Bir çoxumuz əsnəməyi yorğunluq, yuxusuzluq və ya darıxmaqla əlaqələndiririk. Hətta uzun illər alimlər belə hesab edirdi ki, insan daha çox oksigen almaq üçün əsnəyir. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir tam doğru deyil. Əslində, əsnəmənin səbəbləri daha mürəkkəbdir və beynin fəaliyyət
16 iyun