Otaq bitkilərini niyə krant suyu ilə sulamaq olmaz?
Bütün su növləri otaq bitkiləri üçün eyni dərəcədə faydalı deyil. Bəzi bitkilər minerallar və kimyəvi qatqılar səbəbindən kran suyuna pis reaksiya verə bilər. Mütəxəssislər suvarmada səhvlərdən necə qaçmağı izah ediblər. Otaq bitkilərini suvarmaq üçün su seçimi onların vəziyyətinə və görünüşünə birbaşa təsir edə bilər. Kran suyu ən rahat variant kimi görünsə də, bitkilərə qulluq üzrə mütəxəssislər onun istifadəsində ehtiyatlı olmağı tövsiyə edirlər.
Bu barədə Lent.az məlumat verir:
Mütəxəssislərin sözlərinə görə, kran suyunun tərkibində tez-tez xlor, flüor və mineral qarışıqlar olur. Bəzi bitkilər üçün bu maddələr təhlükəli sayılmasa da, həssas növlər yarpaqların saralması və ya kənarlarının, uclarının qəhvəyi rəng alması ilə reaksiya verə bilər. Ən çox bu problem kalateya, maranta, drasena və "hörümçək bitkisi" (spider plant) kimi bitkilərdə müşahidə olunur. Əksər otaq bitkiləri üçün ən yaxşı seçim isə yağış suyu və ya filtrdən keçirilmiş su hesab olunur. Yağış suyu duz və kimyəvi qatqılar daşımır, eyni zamanda təbii şəkildə nitratlarla zəngin olur ki, bu da bitkilərin böyüməsinə kömək edir. Onu təmiz qablar və ya xüsusi çəlləklərdə toplamaq mümkündür, qışda isə əridilmiş qardan istifadə etmək olar. Filtrlənmiş su da suvarma üçün çox uyğundur, xüsusilə evdə bitki sayı azdırsa. Filtrlər xloru, flüoru və torpaqda yığıla bilən bəzi ağır metalları azaltmağa kömək edir. Bunun üçün filtr-küplər, krana taxılan filtr başlıqları və ya əks osmos sistemlərindən istifadə olunur. Şəxsi quyulardan gələn su adətən bitkilər üçün daha təhlükəsiz sayılır, çünki onun tərkibində flüor və xlor olmur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər: əgər su yumşaldıcı sistemdən keçirsə, tərkibində duzlar olduğu üçün onu suvarmada istifadə etmək olmaz. Əgər kran suyundan başqa seçim yoxdursa, onun keyfiyyətini qismən yaxşılaşdırmaq mümkündür. Bunun bir yolu suyu qaba doldurub bir neçə saat və ya gecə boyu saxlamadır ki, xlor buxarlansın. Amma bu üsul minerallara həssas bitkilər üçün uyğun deyil, xüsusilə orkide və Afrika bənövşəsi kimi növlər üçün.
Başqa bir variant distillə olunmuş sudur. Distillə prosesində sudan bütün qarışıqlar çıxarılır, amma bununla yanaşı faydalı qida maddələri də yox olur. Buna görə də belə su istifadə ediləndə bitkilərin əlavə gübrələnməyə ehtiyacı yaranır. Mütəxəssislər razılaşırlar ki, hər vəziyyət üçün universal həll yoxdur. Amma yağış suyu və ya keyfiyyətli şəkildə filtrlənmiş su, otaq bitkilərinin əksəriyyətinin sağlamlığı üçün ən təhlükəsiz seçim olaraq qalır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 875 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr