ChatGPT-yə kobud müraciət etdikdə cavablarla bağlı qəribə dəyişikliklər baş verir
ChatGPT-nin (4o modeli) davranışına dair yeni analiz gözlənilməz bir qanunauyğunluğu üzə çıxarıb: istifadəçi sorğunu nə qədər kobud formada ifadə edirsə, aldığı cavablar bir o qədər dəqiq olur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Futurism" portalı məlumat yayıb.
Pensilvaniya Universitetinin alimləri müxtəlif mövzuları əhatə edən 50 sualdan ibarət bir dəst hazırlayıblar və hər sualı beş variantda tərtib ediblər: "çox nəzakətli" formadan "çox kobud" formaya qədər.
Kobud sorğulara "Ay ..., bununla məşğul ol" kimi ifadələr daxil edilib, nəzakətli variantlar isə "Zəhmət olmasa, kömək et..." sözləri ilə başlayıb.
Cavab variantları olan 50 sualdan ibarət testdə kobud sorğular orta hesabla 84,8 faiz dəqiqlik göstərib. Nəzakətli sorğuların dəqiqlik səviyyəsi təxminən 80 faiz, "ən nəzakətli" variantların isə 75,8 faiz olub. Tədqiqatçıların sözlərinə görə, hətta dörd faiz bəndi fərq belə statistik baxımdan əhəmiyyətlidir.
Alimlər bunu dil modellərinin xüsusiyyətləri ilə izah edirlər: onlar istifadəçinin tonunu və niyyətini "hiss edə" bilir və bu da cavabların dəqiqliyinə və dolğunluğuna təsir göstərir. Mahiyyət etibarilə, ChatGPT xahiş formasından daha çox sərt göstəriş hiss etdikdə daha effektiv işləyir.
Pensilvaniya Universitetinin professoru Ahil Kumar bildirib ki, ifadə tərzində hətta kiçik dəyişiklik belə nəticəyə ciddi təsir göstərə bilər.
Bununla yanaşı, araşdırma müəllifləri bu cür "effektiv kobudluğun" mənfi tərəfləri barədə də xəbərdarlıq edirlər. Maşınlarla aqressiv ünsiyyət vərdişi zamanla insanlararası münasibətlərə də keçə, kobudluğu normallaşdıra və dialoq mədəniyyətini zəiflədə bilər. Alimlər hesab edirlər ki, süni intellektlə kobud ünsiyyət uzunmüddətli perspektivdə rəqəmsal mühiti daha az dostcanlı və inklüziv edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1932 Tarix: 22 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrBeyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabr