"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?
"Apple" "iPhone"un batareyasının xidmət müddətini uzatmaq və sürətlənmiş aşınmanın qarşısını almaq üçün onu düzgün necə enerji ilə doldurmaq lazım olduğuna dair rəsmi xəbərdarlıq yayıb.
Şirkətin məlumatına görə, smartfonun 100%-ə qədər doldurulması litium-ion akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur və batareyanın daxilində kimyəvi və mexaniki gərginlik yaradır. "SuperCardBlondie" yazır ki, bu hal xüsusilə cihazın 1-2 il aktiv istifadəsindən sonra daha aydın hiss olunur.
"Apple" "iPhone"un enerji səviyyəsini tam 100 faizə çatdırmamağı, təxminən 95% səviyyəsində doldurmanı dayandırmağı tövsiyə edir. Bu sadə yanaşma batareyanın aşınmasını azaltmağa və avtonomluqda ciddi dəyişiklik olmadan onun uzunömürlülüyünü artırmağa imkan verir.
Şirkət həmçinin rəsmi sertifikatlaşdırılmış enerji adapterləri və kabellərdən istifadə etməyin vacibliyini vurğulayır. Çünki ucuz "Çin istehsalı" adapter və kabellər təhlükəsizlik standartlarına cavab verməyə, hətta yanğın riski və ya cihazın zədələnməsi ilə nəticələnə bilər.
Bundan başqa, "Apple" iOS sistemində "Optimized Battery Charging" funksiyasını tətbiq edib. Bu funksiya "iPhone" yüksək enerji səviyyəsinə çatdıqda doldurmanı avtomatik şəkildə ləngidir və akkumulyatorun sağlamlığını qoruyur. Süni intellekt vasitəsilə istifadəçi vərdişləri öyrənilir və telefon 100%-ə yalnız istifadə vaxtına yaxın doldurulur.
Beləliklə, "iPhone" batareyasının mümkün qədər uzun müddət stabil işləməsini istəyirsinizsə, onu daim 100%-ə qədər doldurmaqdan çəkinin və enerji yığımı zamanı 95% qaydasına əməl edin.
Qeyd edək ki, daha əvvəl "Apple" istifadəçiləri "iPhone"u gecə boyu enerji yığımı vəziyyətində saxlamaqdan çəkinməyə çağırmışdı, xüsusilə də cihaz yastığın, yorğanın altında və ya bədənə yaxın olduqda./valyuta.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ