Sizi 10-15 yaş daha gənc və daha yaşlı göstərən saç uzunluğu
Düzgün seçilmiş saç uzunluğu obrazı yeniləyə, üz cizgilərini vurğulaya və üslubda radikal dəyişiklik etmədən insanı daha gənc göstərə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, 50 yaşdan sonra saç düzümü sadəcə stil elementi olmur, həm də güclü cavanlaşdırıcı vasitəyə çevrilir. Məhz saçın uzunluğu üzü 10 il daha təravətli göstərə bilər və ya əksinə, yaşla bağlı dəyişiklikləri daha çox ön plana çıxara bilər. Burada məsələ dəb deyil, proporsiyaların balansı, həcm və saç tellərinin üzü necə çərçivələməsidir. Düzgün seçilmiş uzunluq ən yaxşı makiyajdan belə daha təsirli ola bilər.
50 yaşdan yuxarı qadınları vizual olaraq cavan göstərən saç uzunluğu
50 yaşdan yuxarı qadınlar üçün ən uyğun uzunluq çənə xəttindən körpücük sümüyü səviyyəsinədək olan uzunluq hesab olunur. Bu uzunluq saçlara yüngüllük, hərəkət və həcm effekti verir.
Saçlar bu zonada üzü gözəl çərçivələyir, cizgiləri yumşaldır və yanaqların aşağı hissəsində, eləcə də boyun nahiyəsində yaşla bağlı dəyişiklikləri daha az nəzərə çarpan edir. Bu uzunluq çoxqatlı saç kəsimləri etməyə imkan verir və hətta nazik saçlara belə həcm verir. Həcm isə real həyatda ən güclü "cavanlaşdırıcı filtr" sayılır.
Qısa saçlar: nə zaman sizin xeyrinizə işləyir
Qısa saç kəsimləri çox təravətli görüntü yarada bilər, amma bir şərtlə: saç canlı, teksturalı və yumşaq xətli olmalıdır. Həddindən artıq qısa, düz və həcmsiz kəsimlər isə əksinə, üzün yorğun görünməsini vurğulaya və obrazı daha sərt göstərə bilər.
Uzun saçlar: nə zaman yaş əlavə edir
50 yaşdan sonra çiyindən xeyli aşağı olan saçlar çox vaxt təbii sıxlığını və parlaqlığını itirir. Əgər saçlar nazik, düz və formasızdırsa, bu uzunluq:
üz ovalının "aşağı düşməsini" daha çox vurğulaya bilər;
qırışları ön plana çıxara bilər;
obrazı daha ağır və daha yaşlı göstərə bilər.
Məhz buna görə stilistlər uzunluğun arxasınca qaçmağı deyil, saçın formasını və sağlam görünüşünü seçməyi tövsiyə edirlər.
50 yaşdan yuxarı qadınlar saç kəsimi seçərkən nədən uzaq durmalıdır
Belin ortasına qədər uzanan və aydın forması olmayan saç uzunluğu çox vaxt cavanlaşdırıcı effektə əks təsir göstərir. Belə saçlar üzü aşağı çəkir və insanda yorğunluq təsiri yaradır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 770 Tarix: 26 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr