Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?
Bitkilər qızılı yoxdan var etmir, lakin alimlərin fikrincə, bəzi növlər torpaqdakı qızıl hissəciklərini özündə toplayaraq ekoloji təmiz mədənçilik üsulunun qapısını açır.
Milli.Az xəbər verir ki, bu sahədəki araşdırmaları ilə tanınan Kris Anderson və komandası sübut edib ki, xüsusilə evkalipt və Hind xardalı kimi bitki növləri torpaqdakı qızılı kökləri vasitəsilə sora bilir.
Qızıl tərkibli torpaqlarda metal hissəcikləri çox vaxt çox kiçik və səpələnmiş halda olur. Alimlər xüsusi kimyəvi maddələr əlavə edərək bu qızılı bitkinin uda biləcəyi həll olunmuş vəziyyətə gətirirlər.
Bitki kökləri bu həll olunmuş qızılı su və qidalarla birlikdə sorur.
Qızıl bitkinin damar sistemi boyunca daşınır və yarpaqlarda, gövdədə nanohissəciklər halında toplanır. Bu, bitkiyə zərər vermir; bitki qızılı bir növ "bioloji anbar" kimi saxlayır.
Evdə dibçəkdə qızıl yetişdirmək iddialarının əksinə, bu, sənaye səviyyəli bir prosesdir
Kifayət qədər metal toplayan bitkilər biçilir.
Live Science nəşrinə verilən məlumata görə, yığılan bitkilər yandırılır.
Yerdə qalan külün içindəki qızıl metallurji üsullarla ayrılır və saflaşdırılır.
Fitomineralizasiya (və ya fitomədənçilik) ənənəvi mədənçilik üsullarına nisbətən təbiətə daha az zərər verir. Bu üsulun əsas üstünlükləri:
Açıq mədən ocaqlarının yaradılmasına ehtiyac qalmır.
Çirklənmiş ərazilərin təmizlənməsinə kömək edir.
Yalnız qızıl deyil, həm də platin, palladium kimi nadir metalların əldə edilməsində istifadə oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4252 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə İsa Məsihin saqqalsız təsviri aşkarlandı
Türkiyədə arxeoloqlar İsa Məsihin II əsrə aid, nadir rast gəlinən saqqalsız təsvirini aşkar ediblər. xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. İsa Məsihə aid bu freska qədim dövrdə Nikeya adlandırılan indiki İznik şəhərindəki bir məqbərənin altında tapılıb. Roma üslubunda çəkilmi
17 iyunTelefonun batareya ömrünü necə artıraq?
Smartfonun batareya ömrünü daha da uzatmaq üçün onun performans profillərini tənzimləmək tövsiyə olunur. -a istinadən xəbər verir ki, bu barədə "MakeUseOf" portalı məlumat yayıb. Bildirilir ki, bir çox "Android" cihazında standart olaraq "normal" və ya "yüksək məhsuldarlıq"
14 iyunGöyərtini bir həftədən çox təzə saxlamağın yolu
Yay aylarında cəfəri, şüyüd və ya keşniş kimi göyərtiləri təzə saxlamaq bir çox evdar qadın üçün ciddi problemə çevrilir. Zərif quruluşa və yüksək nəm tərkibinə malik olduqları üçün təzə göyərtilər hətta soyuducuda saxlanıldıqda belə ikinci və ya üçüncü gündə solmağa və çürüməyə başlayır. Restoranlard
14 iyunMilçəklər ayaqları ilə çeynəyirlər - niyə onları ovlamaq çətindir?
Əlinizi milçəyə tərəf qaldırırsınız, amma o, bir göz qırpımında uçub gedir. Çoxlarına elə gəlir ki, milçək zərbəni əvvəlcədən hiss edir. Əslində isə bunun səbəbi tam başqadır. Alimlərin fikrincə, milçəklər ətraf aləmi insanlardan xeyli fərqli qəbul edir və buna görə təhlükədən çox sürətlə yayınırlar
18 iyunSevgilisinin arvadını izləyən DÜNYA ULDUZUNDAN yeni xəbər
Dünyaca məşhur "Love Island" realiti-şousunun ulduzu Huda Mustafa haqqında yayılan qalmaqallı videodan sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib. TMZ-ya istinadən xəbər verir ki, Huda Mustafa Los-Ancelesdə keçirilən tədbirlərdən birində kameralara tuş gəlib. O, son günlər ətrafınd
17 iyunFransada futbolçu danışılmış oyunlara görə saxlanıldı
Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilə
18 iyunMütəxəssislərdən xəbərdarlıq - mətbəxdəki bu əşya yanğına səbəb ola bilər
Mətbəxdə uzadıcıdan istifadə ciddi yanğın təhlükəsi yarada bilər. Xüsusilə də eyni anda bir neçə yüksək enerji sərf edən məişət cihazı ona qoşulduqda risk daha da artır. xəbər verir ki, elektrik çaydanı, mikrodalğalı soba, aerofritöz, qəhvə maşını, tost aparatı və mikser kimi mətbəx cihazları çoxlu elektri
16 iyunKondisionersiz evi sərin saxlamağın sadə yolları
Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalı
14 iyun