Həyatınızın 20 ilini gizlicə oğurlayan iki hiss - hər kəs ən azı bir dəfə yaşayıb
Yeni araşdırmaya əsasən, insan həyatından illər "oğurlayan" iki əsas emosional vəziyyət var. Söhbət xroniki depressiya və davamlı narahatlıq hissindən gedir.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, bu emosiyalar gündəlik həyatda uzun müddət davam etdikdə, ürək-damar xəstəliklərindən erkən ölüm riski kəskin şəkildə artır və ümumi ömür uzunluğu ciddi şəkildə azalır.
Vəziyyəti daha da ağırlaşdıran nədir?
Araşdırmada bildirilib ki, depressiya və davamlı təşviş orqanizmdə bioloji baxımdan zərərli prosesləri işə salır: iltihab səviyyəsi yüksəlir, stress hormonu aktivləşir, ürək və damarlar əlavə yük altında qalır, nəticədə bu sistem xəstəliklərə daha həssas olur
Risk nə qədər artır?
Tədqiqatçılar müəyyən ediblər ki, davamlı kədər və narahatlıq hissi infarkt və insult riskini 41 faiz artırır, ümumi ölüm göstəricisini isə təxminən 2 dəfə yüksəldir
Alimlərin fikrincə, mənfi emosional durum insan fiziologiyasına o qədər dərindən təsir edir ki, hətta sağlam həyat tərzi və düzgün qidalanma belə uzunmüddətli depressiya və daimi qorxu hissinin yaratdığı zərəri tam kompensasiya edə bilmir.
Bu emosiyalardan necə qorunmaq olar?
Mütəxəssislər sağlamlığı qorumaq və ağır fəsadların qarşısını almaq üçün bir sıra tövsiyələr verirlər:
Müntəzəm müayinələrdən keçin - endokrin sistemin və bağırsaq mikrobiomunun vəziyyətini nəzarətdə saxlayın.
Duyğularınızı paylaşın - gündəlik yazın və ya qorxularınızı mütəxəssislə müzakirə edin.
Hər gün hərəkətdə olun - qaçış, üzgüçülük, yoqa kortizol səviyyəsini azaldır və əhvalı yaxşılaşdırır.
Müsbət mühit yaradın - ev və iş mühiti pozitiv hissləri artırmalı, əsəbləşdirən faktorları minimuma endirməlidir.
Rahatlama tətbiq edin - nəfəs məşqləri, meditasiya və diqqət toplama texnikaları stresi azaldır.
Düzgün qidalanın - omeqa-3, maqnezium və B qrup vitaminləri ilə zəngin rasion həm psixoloji, həm də fiziki sağlamlığı dəstəkləyir.
Mütəxəssislər bildirirlər ki, bu qaydalara əməl etməklə stressin təsirini azaltmaq, sağlamlığı möhkəmləndirmək və daha uzun, enerjili həyat sürmək mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 773 Tarix: 30 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr