"Astronomiyanın atası"nın 1500 illik gizli ulduz xəritəsi tapıldı
Alimlər qədim bir əlyazmada dünyanın ən qədim ulduz xəritəsini aşkar ediblər. Bu, müasir texnologiyalar sayəsində mümkün olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.
Qeyd olunur ki, "astronomiyanın atası" adlandırılan qədim yunan astronomu Hipparx ulduz xəritəsini 1500 ildən çox əvvəl çılpaq gözlə tərtib edib. Lakin onun işi əsrlər boyu itib.
İndi isə alimlər rentgen şüaları və digər texnologiyalar vasitəsilə bu xəritəni dini mətnlərin qatları altında üzə çıxara biliblər. Nəşr vurğulayır ki, bu tapıntı erkən astronomların nə qədər dəqiq müşahidələr apardığını parlaq şəkildə göstərir.
Son vaxta qədər Hipparxın işindən yalnız dolayı mənbələrdəki qeydlər və "Farnese atlası" kimi heykəllər üzərində həkk olunmuş bir neçə simvol qalmışdı. Xəritədə göstərilən ulduzların real mövqeləri isə itmiş hesab olunurdu.
Sorbonna Universitetindən Viktor Qizenberqin rəhbərliyi ilə çalışan alimlər tədqiqat zamanı palimpsest üzərində qədim yunan yazısının izlərini aşkar ediblər. Palimpsest silinərək yenidən istifadə edilmiş perqament əlyazmasıdır. Silinmiş mətni üzə çıxarmaq üçün onlar ABŞ-dakı Milli Sürətləndirici Laboratoriyası "SLAC"da hissəcik sürətləndiricisindən alınan rentgen şüalarından istifadə ediblər.
Tədqiqatçılar bildiriblər ki, Hipparxın istifadə etdiyi orijinal mürəkkəbin kimyəvi tərkibi sonrakı dini yazılardan fərqli olub. Bu da düzgün skanlama zamanı mətnlərin bir-birindən seçilməsinə imkan verib.
Hazırda əlyazma Vaşinqtonda yerləşən Bibliya Muzeyində saxlanılır. O qədər kövrəkdir ki, laboratoriyaya nəql edilərkən iqlimə nəzarət olunan xüsusi konteynerlərdən istifadə edilib.
Ümumilikdə alimlər son dərəcə qısa rentgen impulsları ilə 11 səhifəni skan ediblər. Hər impuls cəmi on millisaniyə davam edib və şüa insan saçından da nazik bir sahəyə fokuslanıb. Skanlama irəlilədikcə silinmiş yunan mətninin simvolları ekranda aydın görünməyə başlayıb.
Alimlər bildiriblər ki, Hipparxın ulduz xəritəsi yunan və arami dillərində yazılmış on daha qədim mətndən ibarət olub, sonradan isə suryani dilində köçürülərək üzərinə müqəddəs İoann Klimaka aid dini yazılar əlavə edilib. Bu çoxqatlılıq astronomun irsini birdəfəlik itirə bilərdi. Lakin müasir alətlər və diqqətli "detektiv" işi sayəsində ən qədim ulduz xəritələrindən biri nəhayət yenidən üzə çıxıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 770 Tarix: 09 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabr