Mövcud vəziyyət dünya iqtisadiyyatına necə təsir göstərəcək? - AÇIQLAMA

Mövcud vəziyyət dünya iqtisadiyyatına necə təsir göstərəcək? - AÇIQLAMAYaxın Şərqdə, xüsusilə İranda artan gərginlik artıq təkcə siyasi gündəmi deyil, qlobal iqtisadi tarazlığı da silkələməyə başlayıb. Bəs görəsən mövcud vəziyyət dünya iqtisadiyyatına necə təsir edəcək?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verib:

"Bu gün dünya bazarlarında neftin qiyməti bir gündə 8 faiz yüksəlib. Bundan əvvəlki mərhələdə isə artıq 15 faizlik artım qeydə alınmışdı. Bu, təsadüfi dalğalanma deyil. Müharibə riski və ya hərbi əməliyyat ehtimalı enerji təchizatına dair qorxuları artırır. İranın yerləşdiyi coğrafiya - xüsusilə Hörmüz boğazı - qlobal neft ticarətinin əsas arteriyalarından biridir. Həmin xətt üzrə istənilən risk qiymətlərin dərhal sıçramasına səbəb olur.

Logistika xətləri üzrə yaranan problemlər vəziyyəti daha da ağırlaşdırır. Daşınma xərcləri artır, dəniz nəqliyyatında sığorta haqları bahalaşır. Sığorta şirkətləri riskli bölgələrdə fəaliyyət göstərən gəmilər üçün əlavə ödəniş tələb edir. Bu isə yükün maya dəyərinə birbaşa təsir göstərir. Nəticədə enerji, xammal və ərzaq məhsullarının qiymətləri zəncirvari şəkildə yüksəlməyə başlayır.

Qızılın bahalaşması da eyni mexanizmin məhsuludur. Qızıl tarixən "təhlükəsiz liman" aktiv hesab olunur. Qeyri-müəyyənlik artdıqca investorlar riskli bazarlardan çıxaraq kapitalı daha stabil alətlərə yönəldirlər. Müharibə ehtimalı, sanksiya riskləri və regionda genişlənə biləcək qarşıdurma ssenariləri qızılın qiymətinə təkan verir.

İqtisadi baxımdan ən böyük risk inflyasiyanın yenidən sürətlənməsidir. Enerji qiymətlərinin artması istehsal və xidmət xərclərini yüksəldir. Bu isə son nəticədə istehlakçı qiymətlərinə ötürülür. Əgər enerji bahalaşması davamlı xarakter alarsa, mərkəzi banklar faiz siyasətində sərtləşdirməyə məcbur qala bilər. Bu isə iqtisadi artımı ləngidə, investisiya və istehlakı zəiflədə bilər.

Digər tərəfdən, əmtəə bazarlarında ümumi bahalaşma riski mövcuddur. Neft bahalaşdıqca nəqliyyat və istehsal xərcləri artır, bu da ərzaqdan sənaye mallarına qədər geniş spektrdə qiymət artımına səbəb olur. Qlobal ticarət marşrutlarında hər hansı ciddi pozuntu dünya iqtisadiyyatında yeni şok dalğası yarada bilər.

Hazırkı mərhələdə əsas faktor qeyri-müəyyənlikdir. Bazarlar müharibənin miqyasını, müddətini və mümkün sanksiyaların dərinliyini qiymətləndirməyə çalışır. Əgər gərginlik lokallaşdırılarsa, təsirlər daha qısa müddətli ola bilər. Lakin qarşıdurma genişlənərsə, bu, enerji böhranının növbəti mərhələsinə, yüksək inflyasiya dalğasına və qlobal artım tempinin zəifləməsinə gətirib çıxara bilər.

İrandakı mövcud vəziyyət bir daha göstərir ki, müasir iqtisadiyyat bir-birinə sıx bağlı sistemdir. Coğrafi baxımdan uzaq görünən bir münaqişə belə, qlobal bazarlarda qiymətləri, investor davranışını və iqtisadi gözləntiləri qısa müddətdə dəyişə bilir. Dünya iqtisadiyyatı hazırda siyasi risklərin maliyyə göstəricilərinə necə sürətlə çevrildiyini bir daha müşahidə edir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1206   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind

26 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur. 8 ay ərzində quru

23 sentyabr
.

Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiymətinin 125 dollar ətrafında olması enerji bazarında qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları artırır. Qlobal bazarda tələb, təklif, geosiyasi gərginlik və hasilatla bağlı qərarlar neftin qiymətinə təsir edən əsas amillər sırasında yer alır. Bəs neftin qiymət

2 oktyabr