Kabuslar xəstəlik XƏBƏRDARLIĞI ola bilər

Kabuslar xəstəlik XƏBƏRDARLIĞI ola bilərTədqiqatlar göstərir ki, güclü və ya narahatedici yuxular bəzən xəstəliyin ilk fiziki əlamətləri ortaya çıxmazdan əvvəl onun inkişafı barədə siqnal verə bilər. Alimlər bildirirlər ki, yuxu zamanı beyin orqanizmdə baş verən erkən dəyişikliklərə reaksiya verə bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qeyri-adi və ya çox canlı gecə kabusları bəzən xəstəliyin ilkin xəbərdaredici əlaməti ola bilər.

Demək olar ki, hər bir insan zaman-zaman narahat və ya parlaq yuxular görür. Bu, xüsusilə stress və emosional gərginlik dövrlərində baş verir. Lakin bəzi hallarda belə yuxuların səbəbi başqa, orqanizmdə başlayan bioloji dəyişikliklərlə əlaqəli ola bilər.

Psixoloqlar bu cür yuxuları prodromal yuxular adlandırırlar. Hesab olunur ki, belə yuxular beyin orqanizmdən gələn zəif siqnalları hiss etməyə başladıqda yaranır. Bu siqnallar isə xəstəliyin başlanmasına işarə edə bilər.

REM fazası zamanı beyin aktiv işləyir

İnsan yuxu gördüyü zaman, yəni sürətli göz hərəkətləri mərhələsində (REM fazası) beyin orqanizmin vəziyyəti haqqında məlumatları fəal şəkildə emal edir. Boston Universitetinin Tibb Məktəbinin psixologiya professoru Patrik Maknamanın sözlərinə görə, beyin daxili orqanlardan daim siqnallar alır və fizioloji proseslərin balansını qorumaq üçün onları təhlil edir.

Əgər beyin potensial təhlükə hiss edərsə, bu vəziyyət yuxularda simvolik və ya qorxulu obrazlarla əks oluna bilər. Bu isə insanın xəstəliyin açıq simptomlarını hiss etməsindən xeyli əvvəl baş verə bilər.

Xüsusilə nevroloji xəstəliklərlə bağlı araşdırmalar bu nəzəriyyəni dəstəkləyir. 2017-ci ildə aparılmış bir tədqiqat göstərib ki, sürətli yuxu fazasında davranış pozuntusu olan insanların 73 faizi növbəti 12 il ərzində Parkinson xəstəliyi və ya demensiya diaqnozu alıb.

Digər elmi işlər də göstərir ki, qeyri-adi yuxular müxtəlif sağlamlıq problemlərindən əvvəl baş verə bilər. Bunlara mədə-bağırsaq sistemi xəstəlikləri, ağciyər problemləri, oynaq xəstəlikləri və bəzi ginekoloji problemlər daxildir.

Məsələn, 2015-ci ildə aparılan kiçik bir araşdırmada sonradan döş xərçəngi diaqnozu qoyulan qadınların 83 faizi diaqnoz qoyulmazdan əvvəl çox canlı və narahatedici yuxular gördüklərini bildirib.

2022-ci ildə aparılan başqa bir araşdırmada isə sonradan COVID-19-a yoluxmuş insanların təxminən 2900 yuxu təsviri analiz olunub. Onların bir çoxu testdən bir neçə gün əvvəl yuxularında sürfələr, ilanlar və ya dişləmə kimi obrazlar gördüklərini qeyd edib.

Professor Maknamara hesab edir ki, belə yuxularda tez-tez oxşar motivlər təkrarlanır. Məsələn, naməlum şəxslərin aqressiyası və ya təhlükə hissi. Bu isə orqanizmdə baş verən dəyişikliklərin metaforik siqnalı ola bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, bu nəzəriyyə hələ də əlavə tədqiqatlara ehtiyac duyur və hazırda tibbi diaqnostika vasitəsi kimi istifadə edilə bilməz.

Lakin gələcəkdə yuxuların analizi həkimlərə bəzi xəstəlikləri daha erkən aşkar etməyə və hətta ciddi psixoloji böhranların qarşısını almağa kömək edə bilər. Bəzi araşdırmalar göstərir ki, intihar düşüncələri olan insanlarda narahatedici yuxular bəzən cəhddən həftələr və ya aylar əvvəl ortaya çıxır.

Alimlər hesab edir ki, yuxular ilə insan sağlamlığı arasındakı əlaqəni daha yaxşı anlamaq üçün genişmiqyaslı araşdırmalar davam etdirilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 675   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr