Milyonlarla insanın yediyi meyvə: təhlükəliymiş
ABŞ-dan olan bir həkim iddia edir ki, milyonlarla insanın tez-tez yediyi bir meyvə əslində sağlamlıq üçün zərərli ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hüceyrə sağlamlığı üzrə mütəxəssis doktor Daniel Pompa meyvə ilə bağlı bir qədər mübahisəli fikirlər səsləndirilib.
Adətən çoxlu meyvə və tərəvəz yemək, xüsusilə də qidalanmaya bol yaşıl tərəvəzlər daxil etmək sağlamlıq üçün faydalı hesab olunur. Ancaq həkimin sözlərinə görə, bu fikir bir məşhur meyvəyə aid olmaya bilər.
Dünyada görünüşcə dadlı olsa da, insan üçün zəhərli olan bir çox meyvə var. Lakin söhbət onlardan getmir.
Həkimin fikrincə, bu meyvə banandır. Banana çoxları gündəlik qidalanmada, xüsusilə də yolda və ya işdə tez yeyilən qəlyanaltı kimi üstünlük verir.
Doktor Pompa banan haqqında olduqca sərt mövqe bildirib: "Məncə, bu, yeyə biləcəyimiz ən təhlükəli meyvədir. Hətta düşünürəm ki, bu, sağlam deyil, amma valideynlər bunu uşaqlarına verirlər".
Bir çox insan bunun səbəbini bananın tərkibindəki yüksək şəkər miqdarı ilə əlaqələndirə bilər. Lakin həkimə görə, əsas səbəb bu deyil.
Onun sözlərinə görə, məsələ daha çox bananın necə yetişdirilməsi ilə bağlıdır. Doktor Pompa iddia edir ki, bananlar "fungisidlər baxımından çox zəngindir". Bu maddələr kənd təsərrüfatında bananları böyümə zamanı göbələk xəstəliklərindən qorumaq üçün istifadə olunur.
Həkim bildirib: "Bananlar çoxlu miqdarda fungisidlərlə və etilen adlanan maddə ilə püskürdülür. Bu maddə yetişmə prosesini başlatmaq üçün istifadə olunur və bütün bunlar nəticədə bananın içinə, sonra isə bizim orqanizmimizə daxil olur".
Etilen bitki hormonudur. Hormonlar isə canlı orqanizmlərin bədənlərinə müəyyən prosesləri başlatmaq üçün siqnal verən kimyəvi maddələrdir.
Etilen sənayedə də istifadə olunur, lakin o, eyni zamanda bir çox bitkilərdə təbii şəkildə də mövcuddur. Bəzən bitkilərə yarpaqlarını tökmək siqnalı verir, meyvələrdə isə yetişmə prosesinin başlamasına səbəb olur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3505 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr