Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı
"İnsanın mükəmməl dərəcədə sağlam olduğunu göstərən dörd əsas əlamət var".
Oxu.Az xəbər verir ki, bu barədə ispaniyalı diyetoloq Saul Sançes Arias "La Razon" nəşrinə müsahibəsində bildirib.
Ekspert iddia edir ki, sağlamlığı hətta sakit vəziyyətdəki tənəffüs tezliyinə əsasən də qiymətləndirmək mümkündür. Həkimin sözlərinə görə, dəqiqədə 18-dən çox olmayan nəfəsalma tezliyi ürək-damar sisteminin fəaliyyətini və emosional tənzimləməni yaxşılaşdırır. Bu, rahatlıqdan məsul olan parasimpatik sinir sistemini aktivləşdirir, həmçinin stres səviyyəsini azaldır.
Mükəmməl sağlamlığın daha bir göstəricisi gözlər açıq vəziyyətdə bir ayaq üstə 30 saniyədən çox dayana bilmək qabiliyyətidir: "Bu, hərəkətlərə adekvat nəzarətin və sinir sisteminin düzgün işləməsinin göstəricisidir. Belə bir tarazlıq qabiliyyəti həm də uzunömürlülüyün rəmzi hesab olunur", - deyə Saul Sançes Arias qeyd edib.
Həkim əlavə edib ki, sağlam insan üfüqi "planka" vəziyyətində də 30 saniyədən çox qala bilər. Bir neçə tədqiqat bu hərəkəti yerinə yetirmə müddəti ilə visseral yağın (daxili orqanları əhatə edən "gizli" yağ) aşağı faizi arasında birbaşa əlaqə olduğunu sübut edir.
Sonuncu vacib göstərici isə əllərin sıxma gücüdür. Bu gücün zəif olması müxtəlif ciddi xəstəliklərin inkişaf riski ilə əlaqələndirilir. Həkim bildirib ki, bu gücü yoxlamağın ən sadə yolu turşu bankasını yalnız əllərin köməyi ilə açmağa çalışmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1256 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr