Fizikanı aldatmaq olmaz: Niyə Qodzilla boyda canavarlar reallıqda mövcud ola bilməz?
Filmlərdən tanıdığımız Qodzilla və ya Kinq-Konq kimi nəhəng canavarlar müəyyən populyarlığa malikdir. İnsanlar həm heyran olur, həm də qorxur. Və bütün bunlar bir əsas səbəbdən irəli gəlir - absurd dərəcədə böyük ölçülər. Lakin həqiqət budur ki, bu qədər böyük varlıqlar planetimizdə mövcud ola bilməz.
Qaynarinfo xəbər verir ki, "IFL Science" elmi jurnalının yazdığına görə, real Qodzillanın ortaya çıxmasının əsas əngəli kvadrat-kub qanunudur. Onun mahiyyəti ondadır ki, obyektin ölçüsü artdıqca onun səth sahəsi kvadratla artır, həcm və kütləsi isə kubla.
Məsələn, bir sandığı götürüb iki dəfə böyütsək, onun hündürlüyü, uzunluğu və eni ikiqat artacaq, bütün səthlərin sahəsi dörd dəfə artacaq, daxili həcm isə səkkiz dəfə böyüyəcək.
Canlı orqanizmlər üçün bu qanun heyvanın böyüklüyünə müəyyən məhdudiyyətlər qoyur. Məsələ burasındadır ki, bütün bədəni dəstəkləyən əzələ və sümüklərin gücü onların kəsik sahəsindən asılıdır. lakin varlığın ölçüsü böyüdükcə, çəkisi sümüklərin və əzələlərin kəsik sahəsindən çox daha sürətlə artır. Nəticədə müəyyən bir ölçüdən sonra sümüklər və əzələlər bədəni daşıya bilməyəcək.
İlk Qodzilla 1954-cü ildə ekranlara çıxanda 50 metr hündürlükdə və 20 000 ton çəkidə idi. Hər yeni remeyklə onun hündürlüyü artırılıb. Müasir filmlərdə Qodzilla artıq 318 metr hündürlükdə və 100 000 ton çəkidə təsvir edilir. Elmi hesablamalara görə, belə varlıq sadəcə hərəkət edə, hətta yaşaya da bilməz.
"Bəs dinozavrlar?" deyə soruşa bilərsiniz. Nyu-Meksiko Universitetinin paleoekoloq professoru Felisa Smit "Live Science" nəşrinə şərhində bildirib ki, tarixdə mövcud olmuş ən iri quru heyvanlar təxminən 90 ton çəkidə olub (argentinozavr). Nəzəri maksimum isə təxminən 110 tondur. Suda isə böyük heyvanların hərəkəti bir az asan olduğundan, rekordçu mavi balina təxminən 150 ton çəkidədir.
Argentinozavr və mavi balina ilk Qodzilla ilə müqayisədə nisbətən "cırtdan" görünür, çünki o, sadəcə 20 000 ton çəkidə idi. Müasir "nəsillərini" isə deməyə ehtiyac yoxdur.
Kvadrat-kub qanunu canlıların ölçüsünə qoyulan yeganə məhdudiyyət deyil. Metabolizm və digər fizioloji amillər də bu məsələdə rol oynayır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 540 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zeytun yağının xarab olduğunu göstərən əlamətlər
Zeytun yağı kulinariyada ən çox istifadə olunan məhsullardan biridir. Salat souslarının hazırlanmasından tutmuş tərəvəzlərin qızardılmasına və hətta çörəklə birlikdə istehlakına qədər geniş istifadə sahəsinə malikdir. Bununla yanaşı, zeytun yağının müxtəlif növləri və keyfiyyət dərəcələri mövcuddur
14 iyunAğdamda çobanlar arasında mübahisə: Ölən və xəsarət alan var
Ağdam rayonunda güllələnmə hadisəsi baş verib. Oxu Az-ın məlumatına görə, hadisə iyunun 14-də axşam saatlarında rayonun Çullu kəndi ərazisindəki otlaq sahədə qeydə alınıb. Kənd ərazisində çoban işləyən 1979-cu il təvəllüdlü Elşad Gözəlov digər sahibkarın fermasında çoban işləyən 1975-ci il təvəllüdl
15 iyunAzərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
"Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir". xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsa
14 iyunMətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir
Mətbəx dizaynında səssiz, lakin nəzərəçarpacaq dəyişiklik baş verir. Bir vaxtlar mətbəxin diqqət çəkən və dominant elementlərindən biri olan soyuducu artıq açıq şəkildə görünmür. xəbər verir ki, onun yerini mətbəx mebellərinə uyğunlaşdırılmış, fasad arxasında gizlədilən quraşdırılan soyuducular tutur
18 iyunAğcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah
Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir? Səbəb qan qrupu, dəri rəngi, yoxsa başqa amillərdir? Alimlər bu suala cavab tapıblar. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Araşdırmalar göstərir ki, ağcaqanadlar qurban seçərkən düşündüyümüzdən daha mürəkkə
19 iyunİsmayıl Kartal yenidən "Fənərbaxça"nın baş məşqçisi oldu
İsmayıl Kartal yenidən "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Türkiyə mediasına istinadla bildirir ki, mütəxəssis ümumilikdə 4-cü dəfə klubun baş məşqçisi təyin edilib. Bu barədə klubun televiziyası açıqlama yayıb. Qeyd edək ki, İsmayıl Kartal köməkçi məşqçi kimi "Fənərbaxça"
18 iyunGöyərtini bir həftədən çox təzə saxlamağın yolu
Yay aylarında cəfəri, şüyüd və ya keşniş kimi göyərtiləri təzə saxlamaq bir çox evdar qadın üçün ciddi problemə çevrilir. Zərif quruluşa və yüksək nəm tərkibinə malik olduqları üçün təzə göyərtilər hətta soyuducuda saxlanıldıqda belə ikinci və ya üçüncü gündə solmağa və çürüməyə başlayır. Restoranlard
14 iyunMessinin atasının ölüm xəbərini yayan aparıcı işdən QOVULDU
Lionel Messinin atası Xorxe Messinin öldüyü barədə yalan məlumat yayan aparıcı Florensiya Penya işdən qovulub. xarici KİV-ə istinadla bildirir ki, hadisə Luzu TV kanalında yayımlanan "El Show del Verano" proqramında baş verib. Penya efirdə izləyicilərə belə deyib:. "Mən pis xəbər vermə
19 iyun