Dolabların küncünə 1 ədəd şabalıd qoyun...
Qış aylarında mənzilləri isti saxlamaq üçün pəncərələri qapalı saxlamağımız otaqlarda rütubətin artmasına səbəb olur. Bu vəziyyət xüsusilə dolabların içində, künclərdə xoşagəlməz qoxu və divarlarda qaralmalarla özünü büruzə verir. Avropanın bir çox ölkəsində və Ukraynada illərdir sınaqdan keçirilən tam təbii üsul bu problemi kökündən həll etməyə kömək edir. Həll yolu çox sadədir, dolabların künclərinə bir neçə ədəd at şabalıdı qoymaq...
Demokrat.az xəbər verir ki, payız aylarında park və bağçalardan asanlıqla toplaya biləcəyiniz at şabalıdı qurudulmuş halda əla nəmçəkən xüsusiyyətə malikdir. Tək bir quru şabalıdı rəflərin künclərinə, ayaqqabı şkaflarına və ya siyirmələrə yerləşdirməklə rütubətin geyimlərə hopmasının qarşısını almaq olar. Bu üsul həm də dolablardakı ağır qoxunu neytrallaşdırır.
At şabalıdının daha bir gizli faydası isə təbii qoruyucu olmasıdır. Onun özünəməxsus qoxusu yun paltarları, pencək və paltoları güvələrdən uzaq tutur. Diqqət edilməli məqam odur ki, istifadə olunan şabalıdlar tam quru olmalıdır. Nəmli şabalıdlar fayda vermək əvəzinə kif yarada bilər. Bu təbii vasitələri hər iki-üç aydan bir yeniləmək məsləhətdir.
Qeyd edək ki, təbii üsullar köməkçi olsa da, mütləq hər gün ən azı 15 dəqiqə evi havalandırmaq lazımdır. Əlavə olaraq bir qaba yığılmış qaya duzu və ya düyü də nəm səviyyəsini aşağı salmağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 736 Tarix: 15 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabr