Kuba hakimiyyəti ABŞ səfirliyinə kömək etməyib
Kuba hakimiyyəti ABŞ səfirliyinin generatorlar üçün dizel yanacağı idxal etmək tələbini rədd etdi.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Dövlət Departamentinin daxili sənədinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, imtina bu həftə verilib. Havana, Vaşinqtonun adaya davam edən sanksiya təzyiqi və enerji blokadası nəzərə alınmaqla, Amerikanın tələbini qəbuledilməz hesab edib.
Qəzetin qeyd etdiyi kimi, Kubadakı Amerika diplomatik missiyası müntəzəm elektrik kəsintiləri səbəbindən ən azı 18 aydır ki, dizel generatorlarından istifadə edir.
Eyni zamanda, yanacaq təchizatının olmaması, 2026-cı ilin may ayında və ya daha əvvəl əsas fəaliyyətlərlə məşğul olmayan səfirlik işçilərinin bəzilərinin ölkəni tərk etmək məcburiyyətində qalmasına səbəb ola bilər.
ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı gələcək fəaliyyət istiqamətini müəyyən etmək niyyətindədir.
Bundan əvvəl o, dəfələrlə ABŞ-ın təzyiqi altında Venesueladan neft tədarükünün azalmasından sonra Kuba iqtisadiyyatının və hökumətinin çökməyə yaxın olduğunu iddia etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 106 Tarix: 21 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər Günəş işığını yanacağa çevirməyin yeni effektiv üsulunu kəşf etdi
Fotokataliz günəş enerjisinin böyük miqdarını faydalı kimyəvi enerjiyə çevirmək üçün perspektivli üsullardan biri hesab olunur. Bu sahədə alimlər yeni bir irəliləyiş əldə ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Mediafax" yazır. Qeyd olunur ki, getdikcə daha çox diqqət çəkən materialla
20 martBMT Sülh Şurası ilə fəal əməkdaşlıq edir
BMT, Qəzza zolağında sülhün nizamlanması çərçivəsində ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurası ilə fəal əməkdaşlıq edir. "Report" xəbər verir ki, bunu dünya təşkilatının Baş katibi Antonio Quterreş "Politico" qəzetinin Avropa nəşrinə verdiyi müsahibədə bildirib. BMT-nin Baş katib
21 martKuba hakimiyyəti ABŞ səfirliyinə kömək etməyib
Kuba hakimiyyəti ABŞ səfirliyinin generatorlar üçün dizel yanacağı idxal etmək tələbini rədd etdi. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Dövlət Departamentinin daxili sənədinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, imtina bu həftə verilib. Havana
21 martİtaliyada enerji və nəqliyyat xərclərinin kəskin artımı gözlənilir
İtaliya Yaxın Şərqdə davam edən böhran fonunda qiymət artımının yeni mərhələsi ilə üzləşə bilər. Artımın əsasən enerji və nəqliyyat sahələrində hiss olunacağı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, əlverişsiz ssenari baş verərsə, elektrik enerjis
19 martİranla müharibədə ən çox atəşə tutulan ölkənin adı açıqlandı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla müharibə başlayandan bəri Fars körfəzində ən çox atəşə tutulan ölkə olub. xəbər verir ki, bu barədə "Financial Times" yazıb. Nəşrin məlumatına görə, təkcə martın 20-də BƏƏ hava məkanında İrandan buraxılan 15 pilotsuz uçuş aparatı və yeddi ballistik rake
21 martDubayda hotel qiymətləri 70% enib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri Dubaya turist axını dayanmır, lakin Yaxın Şərqdəki münaqişə fonunda hotel qiymətləri 70% enib. xəbər verir ki, bu barədə daşınmaz əmlak üzrə mütəxəssis İrina Komarovskaya "Vesti"yə müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda Dubayd
21 mart