Almaniyada bütün apteklər BAĞLANACAQ
Martın 23-də ümummilli tətil ilə əlaqədar olaraq Almaniyanın bütün ərazisində apteklər fəaliyyətini dayandıracaq.
Bu barədə yerli "Bild" qəzeti yazıb.
Məlumata görə, etiraz aksiyasında ümumilikdə 160 mindən çox insan iştirak edəcək.
Nəşr vurğulayıb ki, aptek müəssisələrinin əməkdaşları "xroniki maliyyə çatışmazlığından" narazılıqlarını bildirirlər. Onların Berlin, Hannover, Düsseldorf və Münxendə nümayişlər keçirəcəkləri gözlənilir.
"Apteklərimiz, dərman təminatı və Almaniya əhalisinə tibbi xidmət göstərilməsi ilə bağlı vəziyyət artıq uzun müddətdir, gərgin olaraq qalır", - "Bild" Almaniya Aptekləri Federal Assosiasiyasının rəhbəri Tomas Praysdan sitat gətirib. "Sonuncu dəfə aptek [işçilərinin] maaşları 13 il əvvəl artırılıb, halbuki bu dövr ərzində əlavə xərclər 65 %-dən çox artıb", - deyə o bildirib.
Onun məlumatına görə, 2013-cü ildən başlayaraq Almaniyada apteklərin ümumi sayının 20 %-i bağlanıb. /"Report"
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 201 Tarix: 22 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağ Ev: İrana qarşı hərbi əməliyyat 4-6 həftə davam edə bilər
Ağ Ev xatırladıb ki, Vaşinqtonun hesablamalarına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 4-6 həftə davam edə bilər. "Report" xəbər verir ki, bu barədə Axios, Ağ Evin mətbuat katibi Kerolayn Livittin müvafiq açıqlamasını 20 martda dərc edib. "Prezident və Pentaqon təyin olunmuş tapşırıqlar
21 martDubayda hotel qiymətləri 70% enib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri Dubaya turist axını dayanmır, lakin Yaxın Şərqdəki münaqişə fonunda hotel qiymətləri 70% enib. xəbər verir ki, bu barədə daşınmaz əmlak üzrə mütəxəssis İrina Komarovskaya "Vesti"yə müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda Dubayd
21 martABŞ Strateji Neft Ehtiyatından şirkətlərə 42.5 milyon barel xam neft ayırıb
ABŞ planlaşdırılan 172 milyon barel xam neftdən ilk 42.5 milyon bareli Strateji Neft Ehtiyatından neft şirkətlərinə ayırıb. xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin saytında dərc edilən açıqlamada bildirilib. Sənəddə deyilir ki, ABŞ Strateji Neft Ehtiyatından 42.5 milyon barel xam nefti
21 martKuba hakimiyyəti ABŞ səfirliyinə kömək etməyib
Kuba hakimiyyəti ABŞ səfirliyinin generatorlar üçün dizel yanacağı idxal etmək tələbini rədd etdi. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Dövlət Departamentinin daxili sənədinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, imtina bu həftə verilib. Havana
21 martTramp İranla müharibənin nə zaman bitəcəyini AÇIQLADI
Amerika lideri Donald Tramp hesab edir ki, ABŞ belə bir addım atmağa hazır olduqda İsrail İrana qarşı hərbi əməliyyatını dayandıracaq. Bu barədə Tramp Floridaya uçmazdan əvvəl Ağ Evdə jurnalistlərə danışarkən mövqeyini açıqlayıb. "Düşünürəm ki, belədir", - deyə prezident Amerika tərəfi oxşa
21 martAlmaniyada apteklər maliyyə çatışmazlığı səbəbindən tətil elan edirlər
Almaniyada martın 23-də aptek əməkdaşlarının ümummilli etiraz aksiyası keçiriləcək. xəbər verir ki, bu barədə yazıb. Tətilin səbəbi kimi maliyyə çatışmazlığı və xərclərin artması göstərilir. Bu səbəbdən bir çox şəhərdə apteklər müvəqqəti bağlanacaq. Berlin, Münhen, Düsseldorf və Hannoverdə nümayişlə
22 mart