Çin 2030-cu ilə qədərki ÜDM artım proqnozunu açıqlayıb
Ölkə rəhbərliyinin proqnozlarına görə, Çinin ümumi daxili məhsulu (ÜDM) 2030-cu ilə qədər 175 trilyon yuan (Çinin Mərkəzi Bankının qüvvədə olan məzənnəsi ilə hesablandıqda 25,39 trilyon dollar - red.) səviyyəsinə çatmalıdır.
"Report" xəbər verir ki, bu barədə Çinin Baş naziri Li Tsyan Çin İnkişaf Forumunun açılış mərasimində bildirib.
"Biz ümid edirik ki, yaxın beş il perspektivində Çin iqtisadiyyatının məcmu həcmi 175 trilyon yuan səviyyəsinə çatacaq", - o qeyd edib.
L. Tsyanın sözlərinə görə, 15-ci beşillik (2026-2030-cu illər) ərzində dövlətin illik ÜDM-i 30 trilyon yuandan (4,35 trilyon dollar) çox artmalıdır. Baş nazir vurğulayıb ki, bu, Çin və xarici tərəfdaşlar arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş məkan yaradacaq.
"İnkişafın əsas istiqamətlərini müəyyən edərək iqtisadiyyatın dayanıqlı artımını təmin etmək, rəqəmsallaşma, ekoloji modernləşdirmə və inteqrasiya kursunu izləmək, müasir sənaye sisteminin formalaşmasını sürətləndirmək və keyfiyyətli inkişafa təkan vermək niyyətindəyik", - baş nazir sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 530 Tarix: 22 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021