"Bir oyunçu necə 30 metrdən tüpürə bilər?"

"Bir oyunçu necə 30 metrdən tüpürə bilər?""Oyunda hakimdən qaynaqlanan problemlər var idi. Çünki o, matçın əvvəlindən etibarən bizim əleyhimizə xırda follar verirdi. Səkkizinci dəqiqədə isə daha ciddi problem yaşandı və rəqib qol vurdu. Rəqibin vurduğu qoldan əvvəl həm yan hakim bayrağını qaldırdı, həm də baş hakim fit çaldı. Buna baxmayaraq rəqib topu qapıya göndərdi. Bundan sonra hakimlər öz aralarında müzakirə apardılar və belə qərar qəbul etdilər ki, qol hesaba alınsın. "YouTube"da bunun görüntüləri də mövcuddur. Bu cür oyunlarda daha yaxşı hakimlər təyin olunmalıdır. "Sabah 2" "Qarabağ 2" oynayır və rəqib çempionatın birincisidir. Buna baxmayaraq hakim bu cür səhvlər edir. Məncə, AFFA da bunu nəzərə alaraq, oyuna daha yaxşı hakim göndərməlidir".

Milli.Az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev deyib. O, Əvəzedicilər liqasının 21-ci turunda "Sabah 2"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda baş verənlərdən danışıb.

M.Medvedev həmin matçın 43-cü dəqiqəsində komandasını meydandan çıxarmasına aydınlıq gətirib:

"Matçın 43-cü dəqiqəsində hesab 1:1 idi. Rəqib oyunçu künc zərbəsini ötürülən topa əllə toxunaraq qapıya göndərməyə çalışdı. Yəni Maradonasayağı qol vurmaq istədi. Hakim də həmin epizodu gördü və fol kimi dəyərləndirdi. Lakin bunun qarşılığında rəqib oyunçuya sarı vərəqə vermədi. Normalda belə epizodlar "sarı"dır. Bizim futbolçumuz Sami Mmae də hakimə irad bildirdi ki, "epizodu saxlamısan, buna sarı vərəqə verməlisən". Amma hakim əksinə Sami Mmaeyə sarı vərəqə verdi. Daha sonra isə o, hakimə rəqibə deyil, özünə sarı vərəqə verdiyinə görə təşəkkür etdi. Bundan sonra hakim ikinci sarı vərəqəni verdi və Samini meydandan qovdu.

Bizim də rəhbərliyimiz orada idi. Mən də onlara dedim ki, "bu, mümkün deyil, belə bir şey ola bilməz". Biz hər dəfə "Sabah"la oynayanda bu cür epizodlar olur, əleyhimizə qərarlar verilir. Bundan əvvəlki oyunda da bizim futbolçumuza qırmızı vərəqə verilmişdi. Hakim protokola qeyd etmişdi ki, "futbolçu mənə tüpürüb". Amma epizod "YouTube"da var, baxanda görünür ki, bizim oyunçumuz hakimdən 30 metr aralıdadır. Başa düşə bilmirəm, bir oyunçu necə 30 metrdən tüpürə bilər? Yəni, bu cür qərarlar qalmaqallara yol açır.

43-cü dəqiqədə Mmaeyə verilən qırmızı vərəqədən sonra dedim ki, rəqibə 3 xal lazımdırsa, meydandan çıxırıq, xal onların olsun. Paltardəyişmə otağına yollandıq. Komandamızın direktoru da gəldi və hakim-inspektor Ömər Paşayevə iradlar bildirildi.

Ö.Paşayev özü də idarəçilikdən şoka düşmüşdü, o da nə deyəcəyini bilmədi. Daha sonra direktorumuz gəldi, bizə bildirdi ki, "çıxıb oynayın". Biz də meydana çıxdıq, oynamağa başladıq. Künc zərbəsindən qol vurub 2:1 hesablı qalibiyyət əldə etdik. Normal haldır ki, oyundan sonra ara qarışdı, bəzi şeylər baş verdi. Paltardəyişmə otağına girəndə gördük ki, "Sabah"ın paltardəyişmə otağından səslər gəlir, orada dava olub, polislər də otağa daxil olublar. Kimsə stadionun şüşələrin sındırmışdı. Amma rəqibin paltardəyişmə otağında baş verənlərin bizə heç bir aidiyyəti yox idi".

Məşqçi iki futbolçunun polis bölməsinə aparılması ilə bağlı yayılan xəbər barədə isə bunları deyib: "Məncə, onlar futbolçular deyildi, başqa adamlar idi. Kim olduqlarını bilmirəm. Amma oyunda və ondan sonra da ara qatan adamlar həmin şəxslər idi".

M.Medvedev əvəzedicilərin oyunlarında dəfələrlə bərbad hakim idarəçiliyi ilə üzləşdiklərini də sözlərinə əlavə edib:

"Ümumiyyətlə, bu, ilk dəfə baş verən hal deyil. Dəfələrlə belə hallar yaşanıb, amma bu əvəzedicilər komandasıdır. Biz futbolçuların inkişafını istəyirik, onlara nəsə qatmağa çalışırıq. Onsuz da burada nəticə qazanılsa da, bir şey dəyişməyəcək. Guya əvəzedicidə çempion olsaq, nə olacaq? Orada nə dəyişəcək ki?

Əvəzedicilərdə ən gənc komanda "Qarabağ"ın komandasıdır. 2007-2008-ci il təvəllüdlü futbolçulara şans veririk ki, təcrübə qazansınlar. Onlar milli komandaya kömək edirlər. Amma bu cür hakimliklə, bu cür qərarlarla onların inkişafına ziyan vurulur. AFFA-nın verəcəyi cəzaya da hazıram. Yəni nə dəyişəcək ki? Axı bu hakimləri kim necə təyin edir?! Bizim oyunlarda bu cür anlaşılmaz qərarlar verilir. Başa düşmürəm ki, məqsəd nədir? Bu gün milli komandaya ən çox futbolçu verən məhz "Qarabağ"dır.

Yəni istər bizim heyətimizdən, istər aşağı yaş qruplarından xeyli futbolçu milli komandalara çağrılır. Bu cür oyunçulara belə psixoloji zərbələr vurmaq olmaz. Meydanda əziyyət çəkirlər, çalışırlar ki, özlərini inkişaf elətdirsinlər, amma onlara qarşı belə hallar olur. Sonra mən özüm də futbolçuya nəsə deməkdən və hansısa bir tapşırıq verməkdən çəkinirəm.

Bu futbolçular meydanda baş qoyurlar, zədələnirlər. Amma əziyyətlərinin qarşılığı belə qərarlarla yerə vurulur və sonra da o futbolçunun psixoloji durumunu düzəltmək çətin məsələdir. Bu cür vəziyyətlə üzləşəndə onlar həvəsdən düşürlər. Dəfələrlə AFFA-ya şikayət etsək də, heç bir xeyri yoxdur.

Tüpürməyə görə cəzalandırılan oyunçuya görə gedib şikayət etdik, görüntülər verdik, amma min manat cərimə kəsdilər və dörd oyunluq diskvalifikasiya etdilər. Yəni, heç nə dəyişmədi. Maraqlıdır ki, bu cür hadisələr kritik anlarda baş verir. Yəni, adi oyunlarda çox yaxşı idarəçilik edirlər, kritik məqamlara çatanda isə bu cür anlaşılmaz qərarlar verirlər".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 751   Tarix: 24 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb

"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub

10 sentyabr