Tramp: "İran bu gün bizə çox dəyərli bir hədiyyə verdi"
ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı diqqətçəkən açıqlamalar verib. Tramp bildirib ki, "İran bu gün bizə çox böyük məbləğdə dəyəri olan bir hədiyyə verdi. Hədiyyənin nə olduğunu deyə bilmərəm, amma neft və təbii qazla bağlıdır".
Milli.Az xəbər verir ki, ABŞ Prezidenti canlı yayımda İran müharibəsində qalib gəldiyini iddia edərək Tehrandan dəyərli bir hədiyyə aldıqlarını vurğulayıb. O, həmçinin İranın "USS Abraham Lincoln" aviadaşıyıcısına 100 raket atdığını, lakin onların hamısının məhv edildiyini açıqlayıb.
Tramp bəyanatında "İranda böyük uğurlar əldə edirik. Doğru adamlarla danışırıq və onlar saziş bağlamaq istəyirlər. Bunun nə qədər çox istədiklərini təsəvvür belə edə bilməzsiniz. Onlar Dövlət katibi Marko Rubio, Vitse-prezident Ceyms Devid Vens və digər şəxslərlə görüşürlər. Qarşı tərəf razılığa gəlmək istəyir. Onların nüvə silahı ola bilməz və olmayacaq. Bu barədə danışırıq. Heç vaxt nüvə silahına sahib olmayacaqlarını qəbul etdilər" kimi fikirlər səsləndirib.
Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi hücumlara başlayıb, İran isə buna region ölkələrindəki hədəflərə zərbə endirməklə cavab verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1824 Tarix: 25 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyota Land Cruiser J300-ü yeniləyib
Toyota Motor şirkəti Yaponiya bazarında yenilənmiş Land Cruiser J300 çərçivəsinin satışlarına tezliklə başlanacağını elan etdi. xəbər verir ki, əsas hadisə Lexus LX700h-in arsenalından götürülmüş və eyni platformada yığılmış hibrid güc aqreqatına malik modifikasiyanın meydana çıxmasıdır. O, paralel sxe
19 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabrRusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy
17 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrABŞ İranın 104 ticarət gəmisini ələ keçirib
İranın dəniz blokadası bərpa olunandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına gedən və ya çıxan 104 ticarət gəmisini saxlayıb. xəbər verir ki, bunu ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib. "ABŞ qüvvələri qaydalara tam uyğunluğunu təmin etmək üçün 104 ticarət gəmisin
18 sentyabrƏrdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabr