Rövşən Məhərrəmov: "Ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır"
Martın əvvəlindən etibarən Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edirlər ki, hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi var.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarının keçirilməsinin regional gərginliklərlə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edib.
Azərbaycanın SHXÇDX və Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatlarda da vurğulanıb ki, təlimlər illik hazırlıq planına uyğun təşkil olunub.
Azərbaycanda SHXÇDX tərəfindən ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır. İran müharibəsi olmasaydı da, bu hərbi toplanışlar əvvəldən tərtib edilən plana uyğun olaraq keçiriləcəkdi. Bu təlimlər döyüş hazırlığının yenilənməsi, ehtiyat qüvvələrin koordinasiyası, yeni taktika və texnologiyalarla tanışlıq məqsədi daşıyır. Bu cür toplanışlar əvvəlcədən planlaşdırılır və adətən illik hazırlıq planına daxil olur. Yəni qəfil qərar deyil".
Ekspert onu da deyib ki, regionda gərginliyin artması dövlətlərin ümumi hazırlıq səviyyəsini yüksəltməsinə təsir edə bilər və bu, təbiidir. Bu baxımdan təlimlərin intensivliyi arta, daha çox ehtiyat qüvvə cəlb oluna bilər:
"Qanunvericilik buna imkan verir. Bu isə "müharibəyə hazırlaşma" yox, risklərin idarə olunması kimi qiymətləndirilməlidir. Azərbaycan yerləşdiyi regiona görə hər zaman potensial riskləri nəzərə almalı, operativ hazırlığını yüksək saxlamalıdır. Ordunun ehtiyat qüvvələri daim hazır vəziyyətdə olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
SOCAR neftçiləri təbrik edib
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...