Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDI

Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDIŞirvan şəhərində beş nəfərin zəhərlənməsi (bir nəfər isə mədə-bağırsaq pozğunluğu səbəbi ilə xəstəxanaya müraciət edib - red.) barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Açıqlamada qeyd olunub ki, araşdırmalar nəticəsində hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib:

"Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir".

11:46

"Şirvanda baş verən zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır."

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən verilib.

Qeyd olunub ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan altı nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub".

11:36

Şirvan şəhərində qidadan zəhərlənən şəxslərdən dördünün qohum olduğu müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə onlardan ikisi bacı, iki nəfər onların yaxın qohumu, daha bir nəfər isə tanışlarıdır. Altıncı şəxs isə xəstəxanaya zəhərlənmə diaqnozu ilə yox, mədə-bağırsaq pozğunluğu səbəbi ilə müraciət edib.

Onlar xəstəxanaya ayrı-ayrı vaxtlarda müraciət ediblər.

10:57

Şirvan şəhərində qidadan zəhərlənən şəxslərin son vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 16:00-da zəhərlənmə şübhəsi ilə beş nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vuğulanır.

09:48

Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib.

Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.

Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 362   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çində yoxa çıxmış qədim insan xəttinin izləri aşkarlandı

Çində alimlər indiyədək məlum olmayan və sonradan yoxa çıxmış qədim insan xəttinin izlərini müəyyən ediblər. xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının genetikləri məlumat yayıb. Tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub. Məlumata görə, alimlər Pekin yaxınlığındakı Dunxuli

6 aprel
.

Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb

Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 00 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır. xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb. Qeyd olunub ki, yanvar ayından etibarən başlayan işlər təxminən 4 00 kvadratmet

5 aprel
.

KİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir

İranın Ali Rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Amerika və İsrail kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirməyə görə, İranın ali lideri dini şəhər Qumda müalicə alır. Məlumatd

7 aprel
.

BƏƏ-də neft-kimya zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb

Əbu-Dabidəki "Borouge" neft-kimya zavodu, vurulan hava hədəflərindən düşən qalıqlar nəticəsində baş verən bir neçə yanğın səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. "Report" xəbər verir ki, bu barədə BƏƏ paytaxtının hakimiyyət orqanları məlumat verib. "Əbu-Dabinin müvafi

5 aprel
.

Azərbaycanda altı nəfərin vəziyyətinin ağırlaşdığı RESTORAN BAĞLANDI

Şirvan şəhərində beş nəfərin zəhərlənməsi (bir nəfər isə mədə-bağırsaq pozğunluğu səbəbi ilə xəstəxanaya müraciət edib - red.) barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanılıb. Bu barədə -ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliy

8 aprel
.

SAXAL İranda 120 hədəfi atəşə tutub

İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirməyə davam edir, son bir sutka ərzində respublikanın mərkəzində və qərbində 120-dən çox hədəf atəşə tutulub. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bəyanat yayıb. Vurulan obyektlər arasında Hava Hücumundan Müdafiə (HHM) sistemlərini

5 aprel
.

Britaniya hərbi bazası yaxınlığında İranda müharibəyə etiraz edənlər həbs olunub

ABŞ-nin istifadə etdiyi Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin Leykenhit bazası yaxınlığında İranda müharibəyə etirazlar zamanı iki nəfər həbs olunub. "Report" xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb. Nəşr 100-dən çox insanın aviabazanın əsas qapısının yaxınlığınd

5 aprel
.

Tramp İranda vurulmuş "F-15E" qırıcısının ikinci pilotunun xilas edildiyini təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp İran ərazisində vurulmuş "F-15E" qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib. xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib. "Biz onu xilas etdik! Əziz həmvətənlər, son bir neçə saa

5 aprel
.

Tramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"

"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb". TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib. "Bunu sınaq kimi etdim. Mənə bu lazım deyil, düzdür? NATO kağızdan pələngdir, onların gəmiləri yoxdur

5 aprel