Oğlunu özü ilə poliqona aparırmış - "Psixoloji müalicəyə ehtiyacı vardı"
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı həbs olunan Uğur Mersinlinin istintaqa verdiyi ifadə məlum olub.
"Qafqazinfo" xəbər verir ki, Türkiyə mətbuatında yayılan ifadədə sabiq polis rəisi Uğur Mersinli insidenti törədən oğlu İsa Aras Mersinlinin psixoloji vəziyyətinin normal olmadığını bildirib.
"Oğlumun tipik yeniyetməlik və imtahan problemləri, stresləri vardı. Psixoloq, oğlumun cəmiyyətə uyğunlaşma məsələsində problem yaşayacağını, bir az nəzarətdə qalmasının lazım olduğunu söyləmişdi. Həkim gələcəkdə psixoloji müalicənin lazım ola biləcəyini demişdi", - ata ifadəsində deyib.
U.Mersinli oğlunun silaha marağından xəbərdar olduğunu, buna görə onu özü ilə poliqona belə apardığını bildirib: "Aprelin 13-də polis poliqonuna gedərək özümə məxsus silahla atəş açdım, oğluma da bir neçə dəfə atəş açmaq imkanı yaratdım".
O, daşıma icazəli 7 ədəd silahının, 2 ədəd ov tüfənginin olduğunu qeyd edib.
Ata oğlunun onlayn oyunlar oynadığını da söyləyib: "Oğlum interaktiv (danışıqlı-onlayn) oyunlar oynayırdı, biz otağına girən zaman isə hər şeyi bağlayırdı. Bu səbəbdən indiyədək pis bir şey görməmişdik".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 717 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO
Ermənistanda, Sevan (Azərbaycan toponimi - Göyçə) gölündə tornado müşahidə olunub. xəbər verir ki, görüntüləri Ermənistan Hidrometeorologiya Mərkəzinin rəis müavini Qaqik Surenyan özünün sosial şəbəkə hesablarında paylaşıb. Göyçə gölü üzərində qeydə alınmış burulğan görüntüləri marağa səbəb olub
19 sentyabrAfrika gözləniləndən daha sürətli parçalanır
Geoloqlar Afrika qitəsinin düşündüyümüzdən daha tez bölünəcəyini aşkar ediblər. Aktiv çat "kritik həddə" çatıb və tezliklə bölünərək yeni bir okean əmələ gətirəcək. Lakin "tezliklə" nisbi bir termindir: bunun üçün hələ bir neçə milyon il lazım olacaq, lakin geoloji miqyasda bu, sadəc
19 sentyabrRusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy
17 sentyabrABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb
ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c
17 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü
Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara
18 sentyabrToyota Land Cruiser J300-ü yeniləyib
Toyota Motor şirkəti Yaponiya bazarında yenilənmiş Land Cruiser J300 çərçivəsinin satışlarına tezliklə başlanacağını elan etdi. xəbər verir ki, əsas hadisə Lexus LX700h-in arsenalından götürülmüş və eyni platformada yığılmış hibrid güc aqreqatına malik modifikasiyanın meydana çıxmasıdır. O, paralel sxe
19 sentyabr