İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər.
"Report" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib.
"Bu məsələdə bizim üçün heç bir qeyri-müəyyənlik yoxdur. Qarşı tərəf adından danışa bilmərəm, onların siyasəti hamını çaşdırmağa hesablanmış ola bilər. Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır. Əlbəttə, söhbət atəşkəsdən sonrakı dövrdən gedir. Minalar və təhlükəsizlik məsələləri səbəbindən bir sıra texniki məhdudiyyətlər ola bilər", - o bildirib.
Xətibzadə qeyd edib ki, Hörmüz boğazı blokadada deyil.
Daha əvvəl İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığıın mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa etdiyini bəyan etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 113 Tarix: 18 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda məktəblər distant təhsilə keçir
İranda məktəblər aprelin 21-dən etibarən distant təhsilə keçəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu, təhsilin bütün səviyyələrinə şamil edilir və növbəti bildirişə qədər qüvvədə olacaq
16 aprelİranda PUA istehsalı 10 dəfə artdı
İranda pilotsuz uçuş aparatlarının (PUA) istehsalı artıb. Qaynarinfo xəbər verir ki, bunu İran ordusunun baş qərargah rəisinin müavini, briqada generalı Əlirza Şeyx deyib. O bildirib ki, 2025-ci ilin iyununda İsraillə baş vermiş 12 günlük müharibədən sonra İranda PUA istehsalı 10 dəfə artırılıb. Şey
16 aprelNATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmır
NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantika Alyansı Təşkilatını həqiqətən tərk edə biləcəyinə şübhə ilə yanaşır. xəbər verir ki, o bu barədə "Welt am Sonntag" nəşrinə müsahibəsində bildirib. "ABŞ-nin NATO-dan çıxacağını düşünmürəm", - Rütte qeyd edib. Bununla yanaşı, o
18 aprelApofis asteroidi Yerə yaxınlaşır - Təhlükə varmı?
Diametri təxminən 340 metr olan Apophis asteroidi Yerə Ay orbitindən daha yaxın məsafədən keçəcək. Qaynarinfo xəbər verir ki, uzun müddət bəşəriyyət üçün əsas kosmik təhlükə hesab edilən bu asteroidlə bağlı son ölçmələr göstərir ki, o, 13 aprel 2029-cu ildə Yerə təhlükəsiz şəkildə yaxınlaşacaq. Hesablamalar
16 aprelTürkiyədəki hadisədə ölənlərin sayı - 10 nəfərə çatdı
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbə silahlı hücum nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün yaralanan 11 yaşlı Yusuf Tarıq Gül xəstəxanada vəfat edib. Xatırladaq ki, daha əvvəl hadisə nəticəsində doqquz nəfəri
16 aprel2 rəsmi bayramı LƏĞV ETDİLƏR
Slovakiyada hökumət dövlət büdcəsində yaranan kəsiri azaltmaq məqsədilə iki rəsmi bayramın təqvimdən çıxarıldığını açıqlayıb. xəbər verir ki, yeni qərara əsasən, 8 May - Faşizmə qarşı Qələbə Günü və 15 Sentyabr - Müqəddəs Məryəm Günü artıq rəsmi istirahət günü kimi qeyd olunmayacaq. Qərarın əmək bazarınd
18 aprel